Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyətinin növbəti onlayn iclası

27 oktyabr 2021 | 16:00

Masallı rayon İcra hakimiyyəti tərəfindən COVİD-19 infeksiyasına qarşı peyvəndləşmənin vəziyyəti barədə növbəti onlayn iclas keçirilib.

İclasda rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyələr, təhsil işçiləri və mobil qrup üzvləri iştirak edirdilər.

Onlayn iclası açan Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Masallı rayonu üzrə peyvəndləşmənin vəziyyəti barədə məlumat verərək bildirmişdir ki, rayon üzrə peyvəndləşmə prosesi yaxşıdır və belə davam edərək növbəti 2-ci və 3-cü dozalar üzrədə vətəndaşların peyvəndləşmədə iştirakını təmin etmək üçün maaridləndirməni davam etdirmək zəruridir.

Sonra rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Seyfəddin Əliyev və başqaları çıxış edərək bildirmişlər ki, əhali arasında yoluxmanın aradan qaldırılması üçün görülmüş bütün zəruri tədbirlərdə vətəndaş mövqeyini ortaya qoyaraq həmrəylik nümayiş etdirib birgə maarifləndirməni həyata keçirmək lazımdır.

İclasın sonunda Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov iclas iştirakçılarının və əsasən mobil qrupların maarifləndirmə işində aktivliklərini artırmağı tövsiyə etmişdir.

Keçidlər