Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 1 dekabr Ümumdünya QİÇS- lə Mübarizə Gününə həsr olunmuş aksiya

04 dekabr 2015 | 16:00

04 dekabr 2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Avropa İİV-ə testləşmə həftəliyi ”çərçivəsində Masallı Regional Kollecinin tələbələri arasında 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş aksiya keçirilmişdir
Tədbiri giriş sözü ilə Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov açaraq İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, gənclərin öz İİV statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV- lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınmasını tədbir iştirakçılarının nəzərinə şatdırdı.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional labaratoriyasının müdiri Rəmiəli İbişov, “İnkişaf” Sosial dəstək ictimai birliyinin sədri Füzuli Abıyev, tələbələrdən Röyalə Hüseynova və başqaları çıxış etmişlər.
Daha sonra İİV/QİÇS statusunu müəyyən etmək məqsədilə QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri tərəfindən Masallı Regional Kollecinin tələbələri könüllü və anonim qaydada ekspress-testən keçirlərək, onlara İİV/QİÇS-in ötürülmə yolları və profilaktikası barədə məlumat verildi.
Tədbirin sonunda gənclərə mövzu ilə əlaqədar hazırlanmış bukletlər paylanıldı.

Keçidlər