Şriftin ölçüsü :

Saytın rəngi :

“Rəqəmsal icra hakimiyyəti” layihəsi Masallıda

28 oktyabr 2021 | 16:00

EHİM tərəfindən “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində Masallıda təlim keçirilib

28 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları tərəfindən “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında təlim keçirilib.
Təlimdə “ASAN xidmət” mərkəzinin və Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları, habelə ASAN könüllüləri iştirak ediblər.
Tədbirdə EHİM-in icra etdiyi layihələr, elektron dövlət xidmətləri, elektron hökumət konsepsiyası və strategiyası haqqında geniş məlumat verilib, “Rəqəmsal icra hakimiyyəti” portalının beta versiyasının funksionallıqları və imkanları haqqında tədbir iştirakçılarına məlumat təqdim olunub.
Tədbirin ikinci hissəsində Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün seminar keçirilib. Əməkdaşlara portalın istifadəsinə dair təlimat verilib, sorğuların qəbul edilməsi, emalı, icra edilməsi, habelə digər istiqamətlər üzrə onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Rəqəmsal icra hakimiyyəti” portalı Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi çərçivəsində yaradılıb. Layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir.
İlkin mərhələdə pilot layihə olaraq sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonları seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasını (Şimal, Cənub və Qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə təyin edilib.

Keçidlər