Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər üçün ekskursiya

30 oktyabr 2021 | 16:00

Masallı Rayon  Heydər Mərkəzində məktəblilər üçün ekskursiya keçirilib.

Oktyabr ayının 28-də Masallı Masallı Rayon  Heydər Mərkəzində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı" çərçivəsində Hişkədərə və Bədalan kənd tam orta məktəblərinin şagirdləri üçün ekskursiya təşkil edilib.

Mərkəzin bələdçisi Şəfa Xəlilova məktəbliləri Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və fəaliyyətini əks etdirən eksponatlarla tanış edib.

Sonra Mərkəzin 3D kino-zalında 44 günlük Vətən Müharibəsinin birinci ildönümünə həsr edilən videomateriala baxış keçirilib. Video-çarx şagirdlər tərəfindən böyük maraqla izlənilib.

Keçidlər