Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda taxıl əkini davam edir

30 oktyabr 2021 | 16:00

Taxılçılıq Masallı rayonunda əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən taxılçılıqla məşğul olan məhsul istehsalçılarına subsidiyaların verilməsi rayonda bu sahəyə marağı artırıb. Hazırda Masallıda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və rayonda taxıl istehsalı ilbəil artır.

Masallı Rayon Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayon üzrə 6382 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar.

Səpinə mütəşəkkil başlayan əkinçilər rayonda qısa müddətdə 1432 hektar sahədə səpin aparıblar. Bunun 369 hektarı arpa, 327 hektarı buğda və 736 hektarı isə vələmir sahəsidir.

İndiyədək rayonda 6382 hektar sahə əkin yerlərii üçün şumlanmışdır. Ötən ilə müqayisədə rayonda 185 hektardan çox sahədə şum vurulmuşdur. Həmçinin keçən ilin həmin günlərinə nisbətən bu il  daha çox-45 hektarda arpa, 140 hektarda buğda və 277 hektarda vələmir əkilmişdir.

Masallıda payızlıq taxıl əkinləri davam edir.
Rayonun Təklə, Musakücə, Xırmandalı, Təzə Alvadı, Yeddioymaq, Səmidxan və başqa kəndlərdə fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edirlər.

Keçidlər