MASALLIDA «YAŞIL QIZIL» YIĞILIR
31 oktyabr 2021 | 16:00
MASALLIDA «YAŞIL QIZIL» YIĞILIR. DÖRDÜNCÜ DƏFƏ...
Masallı rayonunun Kolatan kəndi ərazisindəki «Sığaçolə» deyilən sahəsində yaşıl çay yarpağı dərilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, “Azərsun Holdinq” şirkətlər qrupunun kollektivi dördüncü yığımda keyfiyyətli məhsula üstünlük verirlər.
Çay ustaları yığımla bərabər plantasiyalarda becərmə aparır, seyrəkliyi aradan qaldırırlar.