44 günlük Vətən müharibəsinə həsr edilmiş növbəti tədbir
Masallı rayon Heydər Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr edilmiş növbəti tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, Boradigah qəsəbə İ. Nağıyev adına 2 saylı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb.
Sonra məktəbin təşkilatçı müavini Nuridə Qasımova müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs edib. O qeyd edib ki, ordumuz cəbhədə qazandıqları nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə endirdikləri sarsıdıcı zərbələrlə, azad etdikləri ərazilərlə bütün dünyaya Azərbaycanın qüdrətini və gücünü bir daha nümayiş etdirib.
Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Sonda “Qarabağ Azərbaycandır!” şüarı və işğaldan azad edilmiş rayonlarımızın xəritələri, işğaldan azad olunma tarixləri, rayonların ərazisi, “Dəmir yumruq” və hər rayonun azad olunan zaman Müzəffər Ali Baş Komandanın dediyi sitatlardan ibarət videoçarx göstərilib.