Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün tədarükü davam edir

02 noyabr 2021 | 16:00

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb. Belə ki, cari ildə rayonda 40-dan çox fermer 52 hektar sahədə tütün əkib-becərir.

Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və s. ərazilərində məhsul yığımı aparılır. Fermerlərin sözlərinə görə tütünçülük rayon üçün gəlirli sahələrdən hesab edilir. Rayonda məhsulun daha çox "Trabzon" və "İmmenium" sortları əkilib-becərilir.
Bundan əlavə Masallı rayonunda 2020-ci ildə ilk dəfə olaraq tütünün "Berley" sortu əkilib. Bu sort bölgənin torpaq-iqlim şəraitinə görə daha əlverişli hesab edilir. Həm də ənənəvi sortlardan 2 dəfə çox məhsul verir.

    Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.

Artıq yeddinci ildir ki, rayonda tütün əkilir.
   Masallı DAİM-in rəisi Seymur Nuriyevdən verilən məlumata görə 2021-ci ilin noyabrın 1-nə kimi rayon ərazisində sahələrdən 36.59 ton quru tütün yarpağı yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir.

Qeyd edək ki, cari ildə Masallı rayonunda 88.40 ton quru tütün tədarükü proqnozlaşdırılır.

Keçidlər