Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda süni mayalandırma

02 noyabr 2021 | 16:00

Masallıda süni mayalandırma yolu ilə son doqquz ayda 1633 baş buzov alınıb

Masallı rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və son illər mal-qaranın cins tərkibini süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, təkcə 2021-ci ilin ilk döqquz ayında 1554 baş inək və düyə süni yolla mayalandırılıb, 1633 baş cinsi yaxşılaşdırılmış bala alınıb.

Qeyd edək ki, rayonda hazırda 5-i əsas olmaqla,5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli, peşəkar mütəxəssislər işləyirlər. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.

Keçidlər