Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RTŞ növbəti onlayn iclasını keçirdi

03 noyabr 2021 | 16:00

Masallı Rayon Təhsil Şöbəsi, məktəb direktorları, direktor müavinləri və ümumi təhsil məktəblərinin Çağırışaqədərki Hazırlıq Rəhbərlərinin iştirakı ilə onlayn iclas keçirildi. İclasda 360 nəfər iştirak edirdi.
Öncə canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Onlayn iclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iclas iştirakçılarını və bütün xalqımızı qarşıdan gələn möhtəşəm “Zəfər Günü” münasibətilə təbrik etdi. O, qeyd etdi ki, bütün məktəblərdə şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin iştirakı ilə tədbirlər keçirilir. “Zəfər Günü”ndə pedaqoji kollektivlərin nümayəndələri pandemiya qaydalarını gözləməklə Qəhrəmanlar parkında abidəni ziyarət edəcək və bütün məktəblərdə ağacəkmə aksiyası keçiriləcəkdir.
COVİD-19 pandemiaysına qarşı vaksinləşmənin III dozası haqqında danışan Tariyel Əkbərov bildirdi ki, ümumi təhsil məktəblərində çalışan bütün işçilərə vaksinin III dozası vurulmalıdır. Əhali arasında maarifləndirmə işləri davam etdirilməlidir. Bu işdə məktəb rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür.
Tariyel Əkbərov onu da əlavə etdi ki, ölkə başçısının apardığı sosial siyasətə uyğun olaraq dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə böyük diqqət və qayğı göstərilir. Bu siyasətə uyğun olaraq məktəblərdə yaranmış vakant iş yerləri şəhid, qazi və imkansız ailələrə təklif edilir və ilk növbədə bu qəbildən olan ailələrin üzvləri işlə təmin olunur. Bu sahədə nöqsanlara yol vermiş məktəb direktorları ciddi cəzalandırılacaqdır. Tariyel Əkbərov xüsusilə qeyd etdi ki, müraciət edən hər bir şəhid, qazi ailələrinin üzvlərinə həssaslıqla yanaşılmalı, vətəndaş məmnuniyyəti təmin edilməlidir.
Tariyel Əkbərov təlim-tərbiyə prosesi, sənədləşmə işləri ilə bağlı tapşırıqlar verdi. O, həmçinin xüsusi virğuladı ki, neqativ hallara qarşı aparılan mübarizə cari tədris ilində də davam etdirilir və bundan sonra da davam etdiriləcəkdir.Belə hallara yol vermiş məktəb rəhbərlərinə qarşı ən ciddi intizam tədbirləri görüləcəkdir.
Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov Təhsil Nazirliyinin F-416 və F-450 nömrəli əmrlərinin icra vəziyyəti  haqqında məlumat verdi. O, bildirdi ki, fənn olimpiadaları, V sinif şagirdləri üçün Lütfüzadə fənn olimpiadaları, VI və VII sinif şagirdləri üçün nəzərdə tutulmuş fənn müsabiqələrinə ciddi hazırlıq görülməli, məktəbdaxili olimpiadalar və müsabiqələr keçirilməlidir.
Qoşqar Hətəmov qeyd etdi ki, “Zəfər Günü” ilə əlaqədar şagirdlərimiz Heydər Əliyev muzeyinin və muzeydə təşkil edilmiş rəsm sərgisinin ziyarəti davam edir.O, məlimat verdi ki, Təhsil Nazirliyinin və Respublika Gənclər Birliyinin təşkilatçılığı ilə şəhid, qazi və imkansız ailələrdən olan uşaqlar üçün ekskursiyalar təşkil ediləcəkdir.Belə ailələrdən olan uşaqların siyahısı qısa müddət ərzində rayon Təhsil Şöbəsinə təqdim edilməlidir.Qoşqar Hətəmov məktəbdə pedaqoji-tədris sənədləri ilə bağlı öz tövsiyələrini verdi.
Sonda iclas iştiakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər