"Qəhrəmanlarımızı tanıyaq" inşa-yazı
"Qəhrəmanlarımızı tanıyaq" inşa-yazı müsabiqəsinə yekun vurulub.
Masallı Tarix- Diyarşünaslıq Muzeyin təşkilatçılığı və Masallı Təhsil Şöbəsinin dəstəyi ilə həyata keçirilən “ Qəhrəmanlarımızı tanıyaq “ inşa –yazı müsabiqəsinə yekun vurulub.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar keçirilən "Qəhrəmanlarımızı tanıyaq" mövzusunda inşa-yazı müsabiqəsinə yekun vurulub. Rayonun bir çox ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyi müsabiqədə qaliblərə mükafatları təqdim edilib.
Tədbirdən əvvəl şəhidlərin xatirəsi ehtiramla yad olunub. Muzeyin direktoru Əntiqə Tağıyeva müsabiqə qəliblərini təbrik edəndən sonra onlara müəssisənin “Fəxri Fərman”ını təqdim edib.
I yer: Mahmudavar kənd tam orta məktəbin VIII sinif şagirdi Sara Ramil qızı Əliyeva;
II yer: Z.Nəcəfov adına Ərkivan qəsəbə II saylı tam orta məktəbin VII sinif şagirdi Aydan Vüqar qızı Əlizadə və C.Cabbarlı adına Ərkivan qəsəbə I saylı tam orta məktəbin VII sinif şagirdi Qutabəyim İntiqam qızı Cəbrayılova;
III yer:E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin VII sinif şagirdi Xuraman Niran qızı Məmmədova və S.Tağıyev adına IV saylı Digah tam orta məktəbin IX sinif şagirdi Pərvin Vüqar qızı Ağayeva.
Xatırladaq ki, Birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin, həmçinin hazırda sağ olan keçmiş hərbçilərin döyüşlərədək, eləcə də döyüşlərlə əlaqədar olan həyat hekayələrinin bədii tərzdə təsvir olunması şərtləri irəli sürülüb. Hərbi-vətənpərvərlik tərbiyəsinin məktəblilər arasında təbliğ olunması məqsədilə təşkil edilən yazı müsabiqəsi on dörd gün davam edib.
Qeyd edək ki, inşa yazıları Muzeyin nəzdində formalaşdırılan münsiflər tərəfindən baxıldıqdan sonra qaliblər müəyyən olunub.