Viləş uşaq bağçasının Zəfər günü ilə bağlı ekskursiyası
05 noyabr 2021-ci il tarixdə Viləş uşaq bağçasının kollektivi Masallı şəhər “Qəhrəmanlar Parkı”nda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin adına ucaldılmış abidəni ziyarət etmiş, körpə fidanlar şəhidlərə həsr olunmuş şerlər söyləmişdir. Ekskursiya zamanı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov körpə fidanlarla görüşmüş və uşaqların vətənpərvərlik ruhunda böyüməsini təqdirəlayiq olduğunu bildirərək kollektivə minnətdarlığını ifadə etmişdir.
Sonra kollektiv Masallı rayon Heydər Əliyev Mərkəzində Vətən mühraibəsi qaziləri ilə görüşərək oradan Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyinə gedərək orada Vətən Müharibəsi şəhidlərinin protretləri olan sərgi ilə tanış olmuşlar. Viləş uşaq bağçasının kollektivi Muzeydə çıxışlar edib milli rəqslər nümayiş etdirmiş və xatirə şəkilləri çəkdirmişlər.