Binə Xocavar kəndində abadlıq işləri sürətlə davam etdirilir
05 noyabr 2021 | 16:00
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi hərtərəfli qayğının nəticəsi olaraq Masallı rayonu da günü-gündən abadlaşır və aparılan tikinti-quruculuq işləri uğurla icra olunur.
Bu işlərin aparıldığı dönəmdə Milli Məclisin deputatı Məşhur Məmmədov, Binə Xocavar kənd əhalisinin və kənddən kənarda yaşayan el oğullarının maliyə dəstəyi ilə uzunluğu 8 km olan kəndin əsas və ara küçələri olmaqla bütün yolları qredirlənib və çınqıl-daşla bərpa edilmişdir. İşlər yekunlaşma ərəfəsindədir.
Bundan sonra da Binə Xocavar kəndinin abadlığı üçün qarşıdaki günlərdə bir neçə iş planını nəzərdə tutmuşdur.