Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Günü” ilə bağlı şəhid ailələri və qazilərlə görüş

05 noyabr 2021 | 16:00

Masallı Rayon Təhsil Şöbəsinin və ATİAHİ-nın Masallı rayon şöbəsinin birgə təşkilatçılığı ilə 8 noyabr “Zəfər Günü” ilə bağlı şəhid ailələri və qazilərlə görüş keçirilib.
Öncə şəhid ailələri və qazilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi  və Qəhrəmanlar parkı ziyarət olunub.Onların abidəsi önünə tər gül dəstələri qoymuşdur. Sonra vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək qeyd etdi ki, Vətən müharibəmiz uzun sürmədi-cəmi 44 gün. Amma bu 44 gündə qazandığımız böyük Zəfər müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və sizin kimi igid oğullarımızın fədakarlığı,vətənpərvərliyi, vətən uğrunda misilsiz rəşadəti sayəsində mükün oldu.Sizin göstərdiyiniz bu qəhrəmanlıq Azərbaycan Ordusu adını dünyanın hərb səlnaməsinə yazdırdı. Sizin bu müharibədə qələbəniz təkcə erməni işğalçıları üzərində deyil, ona arxa duranlar üzərində böyük qələbəniz idi. Tariyel Əkbərov onu  da vurğuladı ki, bu yaxınlarda Masallının şəhid oğulları ilə bağlı kitabın təqdimatı keçirilib, eyni zamanda cənab Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Masallı şəhər 3 saylı tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin, Masallı şəhər 6 nömrəli tam orta məktəbə isə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun adı verilib.
Tədbirdə çıxış edən ATİAHİ-nın Masallı rayon şöbəsinin sədri Səfail Eyvazov qeyd etdi ki, Vətən müharibəsində qələbəmiz hərb tarixində nadir hadisə idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabr ayında başlanan və 44 gün davam edən vətən müharibəmiz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın, Qarabağın azad olunması ilə nəticələndi. Rayonumuzun 18 nəfər müəllimi bu qələbənin qazanmasında böyük igidlik göstərib. Rayon rəhbərliyi də bu igidlərin arxa cəbhədə ailə qayğıları, onların güzəranı ilə yaxından maraqlanmış və lazımı köməkliyi göstərmişdir.
Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev çıxış edərək qeyd etdi ki, sizin qarşınızda çıxış etmək mənim üçün böyük məsuliyyətdir.Sizin qəhrəmanlığınız sayəsində qələbə qazandıq.Torpağa su töküləndə palçıq, qan töküləndə isə Vətən olur.
Tədbirdə Qəhrəmanlar anası, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba ana qeyd etdi ki, hər bir valideynin müqəddəs borcu övladına yaxşı tərbiyə vermək və Vətəni sevməyi aşılamaqdır.Mənim iki övladım Vətən müharibəsində xüsusi təyinatlı orduda xidmət etmiş və Vətən müharibəsində hər ikisi də şəhid olmuşdur. Valideyninə hörmət edən oğul vətənə də xidmət etməyi bacarmalıdır.Allah bütün şəhidləri rəhmət eləsin.
Tədbirin gedişində Qarğalıq kəndindən olan şəhid Hüseynov Rəfailin atası Hüseynov Teymur, Vətən müharibəsi iştirakçıları Cəmaləddin Məmmədov,Nurlan Muradov, Ceyhun Qurbanov və başqaları 44 günlük Vətən müharibəsindən, keçdikləri döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
Tədbirin sonunda “Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarına ziyafət təşkil edildi.

Keçidlər