Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı abadlıq-quruculuq işləri ilə tanış olub

05 noyabr 2021 | 16:00

Masallı RİH başçısı şəhərin prospekt və küçələrində görülən son abadlıq-quruculuq işləri ilə tanış olub

05 noyabr 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov şəhərin Heydər Əliyev, Zərifə Əliyeva, Fuad Novruzov, Füzuli, S.Vurğun, Elşad Hüseynov, Teymur Bayraməlibəyov adına küçə və prospektlərinə, məhəllərarası yollara baxış keçirmiş, yenidənqurma abadlıq-quruculuq işləri ilə yerində tanış olmuş, tapşırıq və tövsiyələrini vermiş, 4 məhəllələrarası yolun asfaltlanması işini gündəmə gətirmişdir.

Qeyd etmək yerinə düşər ki, ötən il təkcə Masallı şəhərində 22 küçəyə, cari ildə 20-yə yaxın küçəyə standartlara uyğun və keyfiyyətli asfalt örtüyü döşənib.

Rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Prezidenti möhrtərəm cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Masallıda da uğurla həyata keçirilir və bundan sonra da davam etdiriləcəkdir. RİH başçısı yurdsevər Masallı sahibkarlarının, inşaatçılarının rayonda görülən son abadlıq-quruculuq işlərindəki fəallığını xüsusi vurğulamışdır.

İcra başçısı sakinlərə abad küçələrin ətrafında səliqə-səhmana daim fikir verilməsini, yol kənarlarında yaşıllıqların salınması, sudurumların axıdılmasını, təzə ağaclarının əkilməsini, köhnə ağacların budanmasını və 2 çürümüş ağacın kəsilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktubla icazə alınmasını tapşırmışdır.

Şəhər sakinlərindən Təhmasib İsayev və bağqaları görülən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərinə, icra başçısına, eləcə də yol inşaatçılarına minnətdarlığını bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Masallı rayonunun icra başçısı can-başla işləyən gənc inşaatçılardan Raqif Mirzəyev, Sahib Qəniyev, Mais Şahbazov, Sultan Abdullayev, Rizvan Hüseynov, Rahib Mirzəyev, Sahib Qəniyev, Əlipənah Quliyev, Mais Məmmədli və başqaları ilə görüşmüş, yolların, divarların, hasarların gözəl olmasına, bordürlərin tarazlılğına, milli ornamentdə, zövqlə görünməsinə fikir verilməsini tapşırmışdır. Bildirilmişdir ki, onlar görülən bütün işlərdə hünər göstərir, başqalarına nümunə olurlar.

Keçidlər