Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Xalq Teatrında "Zəfər Bayrağı" kompozisiyası tamaşaçılara təqdim olunub

06 noyabr 2021 | 16:00

06 noyabr 2021-ci il tarixdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin növbəti ədəbi-bədii kompozisiyası səhnəyə qoyulub.
Qeyd etdiyimiz kimi Xalq teatrının sənət ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməkdaşlığı ilə hazırlanan kompozisiya Zəfər Günü ərəfəsində izləyicilərə təqdim edilib.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun Aprel döyüşləri və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin əziz xatirəsinə həsr etdiyi səhnə əsərinin təqdimatından əvvəl şəhidlər bir dəqiqəlik sükutla yad olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən və bu Qələbədə Masallılı igidlərdən söz açaraq, İntiqamların intiqamının alınmasından danışıb, müasir tarixdə onların adlarının əbədi qalacağını qeyd edib.
Şəhidlər anası Ziba Əsgərova ailəsinə göstərilən qayğı və ehtiramdan şərəf duyduğunu bildirərək övladlarına necə Vətən  məhəbbəti, Vətən tərbiyəsi öyrətdiyini qeyd edib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, sonra Viləş kəndindən olan şəhid İntiqam Əsgərlinin həyatı və döyüş yolundan bəhs edən yazıları əsasında quruluş verilmiş
"Zəfər Bayrağı" adlı bir pərdəli, üç şəkilli kompozisiyanın müəllifi, yazıçı-publisist Nurəddin Ədiloğlu çıxış edərək İntiqam və Nurlan qardaşları kimi övlad yetirən Azərbaycanı, Ana Torpağı, ata-ananı, müəllimləri dilə gətirib.
"Zəfər Bayrağı" tamasa əvvəlcə doğma yurd yerlərində, Masallının Viləş kəndində ata-bala, Bayram və İntiqam, bacısıl
arasındakı dialoqla başlayıb.
Bütün tamaşaboyu Vətən nisgili, doğma yurd yerlərimiz olan Qarabağ, döyüş motivləri, hərb xatirələri tutarlı bədii obrazlarla təsvir olunub.
Videotamaşaçılar "Zəfər Bayrağı"nı həzin musiqi sədaları altında maraqla izləyiblər.
Sonra tələbələr şəhidlərin həyatından bəhs edən şeirlər söyləyiblər.
Səhnə tamaşası və ifalardan sonra Masallı RİH başçısı Ş.Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rayon rəsmiləri şəhid valideynləri ilə görüşərək onlara səbir diləyib, şəhid Vətən övladlarının ruhuna ehtiramlarını ifadə ediblər.

Keçidlər