Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Mühraibəsi qaziləri və iştirakçıları ilə görüş

06 noyabr 2021 | 16:00

Masallı Gənclər Evində Masallı Gənclər Evinin təşkilatçılığı ilə Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş Zəfər Günü ilə bağlı Vətən Mühraibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilib.

Tədbir öncə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov çıxış edərək bildirib ki,, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi, o cümlədən mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məhv edib. Ermənistanın uzun illər yaratdıqları mif darmadağın olub. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

Daha sonra tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin psixoloqu Ramal Şükürov çıxış edərək qeyd edib ki,böyük Qələbəmizin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə elə bir zəfər salnaməsi yazıb ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərb müəssisələrində tədqiqatlar aparılır. Əldə olunan bu Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən komitə sədrinin birinci müavini tarixi Zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. O bildirib ki, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsi bizi qalib ölkəyə çevirdi.

Tədbirin sonunda Masalı Gənclər Evi sosial xidmət müəssisəi tərəfindən qazilərə fəxri fərmanlar verilib və xatirə şəkili çəkilib.

Keçidlər