“Region Liqası”nda Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu
“Region Liqası”nda Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu növbəti oyununu səfərdə keçirib
Çempionatın növbəti qarşılaşması noyabrın 7-də Cəlilabad rayonunun “Ümüd” komandası ilə keçirən komandamız rəqibi ilə 2:2 hesabı ilə razılaşıb. Cəlilabad şəhər mərkəzi stadionundakı oyun öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Komandamızın ilk qolunu görüşün 15-cı dəqiqəsində futbolçumuz Əflatun Məmmədov vurub.
İkinci yarımhissədə Masallı idmançıları hesabda geri düşməyinə baxmayaraq üstünlüyü əldən verməyiblər. 80-ci dəqiqədə “Ərkivan” FK-nin futbolçusu Qarabğ qazisi Mirmunis Tağıyev rəqib qapısına yol tapıb –2:2 Beləliklə komandamız səfərdə rəqibilə heç-heçə oynayaraq xallarını 4-ə çatdıraraq liderliyini qoruyub.