Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası

08 noyabr 2021 | 16:00

        08 Noyabr 2021-ci il tarixdə Zəfər Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyəçöl kəndi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

       Zəfər gününə həsr olunmuş keçirilən aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid valideynləri, Bakıdan gələn qonaqlar, fəal gənclər, könüllülər, ictimaiyyət nümayəndələri, ayrı-ayrı kollektiv və KİV nümayəndələri də iştirak ediblər.

       Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı iməcilik keçirilən Göyəçöl kəndi ərazisindən xəbər verir ki, rayon rəhbəri Ş.Məmmədov qeyd edib ki, bu gün böyük Zəfər Günümüzdür. Biz də istədik ki, şəhid valideynləri ilə birgə Masallıdan olan şəhidlərin hər birinin şərəfinə bir ağac əkək. Bu gün şəhidlərin əziz xatirəsinə əkilən həmin ağaclar vaxtlı-vaxtında mühafizə olunmalıdır, qorunmalıdır, deyə  Masallı RİH başçısı bildirib.

İcra başçısı, deputatlar, şəhid ata və anaları, ailələri, doğmaları və başqaları ağaclar əkib, dibini suvarmışlar.
       Qeyd edək ki, Zəfər Günündə şəhidlərimizin ölməz ruhuna həsr olunmuş ümumrayon aksiya çərçivəsində iməcilik iştirakçıları tərəfindən bir gün ərzində  550 ədəd, rayonun bütün ərazilərində yanmış ağacların bərpası və yenidən əkilməsi sayəsində 1005 ədəd müxtəlif növ Eldar şamı və s. ağacları əkilib. Əkilən  ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır.

 

Keçidlər