Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayraq mənliyimdir” mövzusunda onlayn tədbir

09 noyabr 2021 | 16:00

Noyabrın 9-da Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Bayraq mənliyimdir” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirə Azərbaycanın Dövlət Himninin səslənməsi ilə start verilib.

Sonra Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilərək qaldırılmış bayrağımız, SSRİ-nin  süqutundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə yenidən dövlət atributu seçilib. D. İbayeva 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə qəbul edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlər müstəqillik rəmzimiz olan bayrağımızın tarixi barədə məlumat veriblər. Onlar Azərbaycan bayrağının keçmişə dayanan tarixindən danışıblar. Bayrağın hər bir dövlət üçün suverenlik, müstəqillik simvolu olduğunu qeyd ediblər.

Keçidlər