Şriftin ölçüsü :

Saytın rəngi :

Tütün tədarükü davam edir

10 noyabr 2021 | 16:00

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb. Belə ki, 2021-ci ildə rayonda 40-dan çox fermer 52 hektar sahədə tütün əkib-becərir.

Masallı DAİM-in rəisi Seymur Nuriyevin verdiyi məlumata görə 2021-ci ilin noyabrın 2-nə kimi rayon ərazisində sahələrdən 41 tona yaxın quru tütün yarpağı yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir.

Qeyd edək ki, cari ildə Masallı rayonunda 88.40 ton quru tütün tədarükü proqnozlaşdırılır.

Keçidlər