Masallıda Vətən Müharibəsi qaziləri ziyarət olundu
Masallıda Zəfər günü ərəfəsində şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləridə ziyarət olundu.
Belə ki, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallı şəhəri ərazisində Vətən Müharibəsi qazisi Nuri Cavid Vidadi oğlu, Əliyev Ehtiram Etibar oğlu, Əzizov Aslan Niyaməddin oğlu, Adıgözəlli Tərlan Sarvan oğlu, Viləş kəndində Abışov İdrak Elxan oğlu, Qızılağac kəndində Axundov Elvin İlkin oğlu, Məmmədov Bəylər İlham oğlu, I Yeddioymaq kəndində İbrahimli Cəmil Məhərrəm oğlu və Şıxlar kəndində Hüseynov Samiq Fəttah oğlunun evində olmuşlar, onların müharibə xatirələrini dinləmişlər və qazilərə müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Göstərilən daimi diqqət və qayğıya görə qazilər və ailələri qonaqlara öz minnətdarlıqlarını ifadə etmişlər.