Şriftin ölçüsü :

Saytın rəngi :

Cəsurlar yarışırlar

10 fevral 2013 | 16:00

09 fevral 2013-cü il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə “Cəsurlar” Hərbi-idman və Turizm oyunu üzrə Rayon birinciliyi keçirilmişdir.   Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq bildirdi ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi biliklərə yiyələnməsi, yeniyetmələrin və çağırışa qədərki gənclərin milli orduya hazırlanması məqsədi ilə keçirilən bu yarış məktəblilər arasında orduya olan marağını daha da artırır.
        Yarışda Rayon Təhsil Şöbəsinin metodisti Akif Məmmədov, Rayon  Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə dövlət xidmətinin  nümayəndəsi Musa Nağıyev və başqaları çıxış etmişlər.
Yüksək səviyyədə keçirilən yarışda Masallı şəhər 4 saylı tam orta məktəbin komandası I, Şəhər 1 saylı tam orta məktəbin komandası II, Öncəqala kənd tam orta məktəbin komandası isə III yerlərə və Şəhər 3 saylı tam orta məktəbi isə fərqləndiyinə görə təltif edilmişdir .
Qalib komandalar Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələrlə ilə təltif edilmişlər.

Keçidlər