Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədrinin Masallıda vətəndaşlarla görüş qəbulu

08 yanvar 2016 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 8-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan 35 sakini qəbul edib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, gömrük rüsumları, gömrük rəsmiləşdirilməsi, idxal və ixrac əməliyyatları və digər məsələlərlə bağlı olub.
Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq müvafiq qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Keçidlər