Masallı gəncləri şəhid ailəsini ziyarət etdi
Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi II Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn çavuş İbadov Cavad Cabir oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı çavuş İbadov Cavad Cabir oğlunun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı şəhərindən olan Vətən müharibəsinin şəhidi Cavad Cabir oğlu İbadov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.