Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda tədbir

13 noyabr 2021 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılıb.
Pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilən tədbirdə Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Tədbir çərçəvəsində D. İbayeva Konstitusiyamızın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olduğunu qeyd edib.
D. İbayeva keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyasının insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini tədbirdə iştirak edənlərin diqqətinə çatdırıb.
Sonda Mərkəzin 3D kino-zalında mövzu ilə bağlı video-çarx nümayiş edilib.

Keçidlər