Masallıda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi
Masallıda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Əvvəlcə tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğısından danışaraq daima idmançıları diqqət mərkəzində saxladığını bildirdi. Sonra yarışın keçirilməsində əsas məqsədin “Zəfr Günü”nün təntənəli şəkildə qeyd edilməsi həmçinin rayonda güləş idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək , yeniyetmələrin idmana olan marağını daha da artırmaq olduğunu diqqətə çatdırdı.
Qeyd edək ki, yarışda Masallı , Lənkəran, Astara, Cəlilabad, İmişli rayon komandaları ilə yanaşı , Gəncə və Bakı şəhr komandalarıda iştrak etmişlər .
İki gün davam edən yarışda 7 komandadan 100 nəfərə yaxın idmançı öz güclərini sınamışlar, olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın yekun nəticəsinə əsasən birinci yerə Masallı rayon komandası, ikinci yerə Bakı şəhərini təmsil edən “Roil” komandası, üçüncü yerə isə Lənkəran rayon komandası layiq görülmüşdür..
Rayon açıq birinciliyində qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medallarla komandalar isə kubokla mükafatlandırılmışdır.