MASALLIDA YAŞILLIQ YARADANLAR…
Masallının yaşıll rəngli bağları, parkları, göz oxşayır. Yaşıllıq rəngi təbiətin rəmzidir. Yenidən qurulan-tikilən, gözəl asfalt yolları, abadlaşan, həm də yaşıl ağaclara, libasa bürünən Masallı şəhərimizdir. Heç Heydər Əliyev prospektində, Bayraq Meydanı ərazisindəki dairədə salınan yaşıl gözəlliyə, bəzək ağaclarının necə hazırlanmasına fikir vermisinimi? İndi həmin yerlərdə həyat qaynayır. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, təbiətə gözəllik bəxş edən rayon yaşıllaşdırma müəssisəsinin əməkdaşları payız-qış mövsümi ilə əlaqədar burada iş görürlər. Onlar əkilən ağacların budanmasını həyata keçirir, ağaclara yaraşıq verirlər. Yağan yağışlar bəzək ağaclarını daha yamyaşıl edir. Elə bil ana təbiət, mənə doyunca baxın, gözəlliyimdən zövq alın, deyir.
Ekoloji durumu yaxşılaşdıran, insanlar üçün durmadan oksigen yaradan, nəfəs aldığımız havanın əsas tərkibini bizə bəxş edən və saflaşdıran bu ağacların kök ataraq bitməsi, böyüyüb yaşıllaşması üçün əmək sərf edir yaşıllaşdırma idarəsinin əməkçiləridir. Əməksevər, yaşıllıq dostları olan bu insanlar lap sübh tezdən işə başlayırlar. Təzə salınan qazonlar, əkilən ağaclar hər gün onların yolunu gözləyir. İsti yay günlərində belə biz istirahət edəndə yaşıllıq ustaları gündə iki dəfə, səhər və axşam saatlarında ağacları, qazonları suvarırdılar… İndi həmin ağacların gözəl görkəmini yaratmaqla məşğuldırlar. Masallılar, bura gələn qonaqların təbiətdən zövq alması üçün...