“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir
Masallıda “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir keçirilmişdir
17 noyabr 2021-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinindirektoru Əntiqə Tağıyeva, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Masallı filalının rəhbəri Nahid Rəhimov, qazi Çingiz Bəşirov,Orxan Əlirzayev müəllim, yeniyetmələr və şagirdlər iştirak edmişlər.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbənin baş məsləhətçisi Kamil Bağırov çıxışında vurğuladı ki, tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mıənafeyini müdafiə edən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidlikləryeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynamışdır.
Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd etdi ki, respublikamızın ümumtəhsil, orta-ixtisa və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmləri, humanitar fənlər, eyni zamanda mövcud sosial şəbəkələr gənclərə milli-mənəvi dəyərləri aşılamaq onlarin mənəvi inkişafı üçün böyük imkanlar yaradır.
Mövzu ətrafında çıxışlar oldu və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.