Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin növbəti təlimi

19 noyabr 2021 | 16:00

Masallıda “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin növbəti təlimi baş tutmuşdur

    Masallı şəhərində, Masallı Gənclər Evində “Tərəqqi” Gəncliyin İnkişafı  İctimai  Birliyi tərəfindən “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin ilk təlimi keçirilmişdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə dəstəyi ilə “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30  dekabr  2021-ci il tarixləri əhatə edir.
    Bu barədə  məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, təlim  Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Gənclər və İdman İdarəsinin  texnki-təşkilati dəstəyi ilə, 16 nəfər gəncin iştirakı ilə, sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir.Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitələr nədir?, narkomaniyanın  potensial qurbanları - risk qrupları, narkomaniyanını sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı) cari hesabatı, narkotiklərin dövriyyə marşrutları mövzularında məlumatlar verilmişdir, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılmışdır.Tədbir  sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur. Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər