Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
14 yanvar 2016-cı il tarixdə Masallı rayonu Kalinovka kənd tam orta məktəbində Masallı rayon İcra hakimiyyəti başçısının Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq bildirmişdir ki, Ölkəmiz üçün yüksək naliyyətlərlə, əlamətdar hadisələrlə zənğin olan daha bir il də təqvim yaddaşına keçdi. Yola saldığımız 2015-ci ildə Azərbaycan Respublikasının dinamik inkişafı davam etmiş, ölkəmiz sosial – iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə ğörə liderlik mövqeyini qoruyub saxlamışdır.
İqtisadiyyatımızın surətli dinamik inkişafı nəticəsində Respublikamızın bütün bölğələrində xalqın həyat şəraitini yaxşılaşdırmaq üçün “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”na uyğun olaraq geniş miqyaslı tikinti quruculuq işləri aparılır.
Respublikamızın hər yerində olduğu kimi 2015-ci ildə rayonumuzda iri miqyaslı tikinti, quruculuq işləri aparılmışdır .
Görülən işlər rayon sakinləri ilə yanaşı, Kalinovka ərazisinin sakinləri tərəfindən sevinclə qarşılanır. Görülmüş bu işlərə görə ərazimizin sakinləri adından möhtərəm Przidentimiz lham Əliyevə minnətdarlığımızı bildiririk.
Kalinovka kəndini əhatə edən torpaq sahəsi 1454.45 hektardır. Pay torpaq sahəsi 941.9 hektar, əhali 2370 nəfər olmaqla 585 yaşayış evi və 600 təsərrüfat vardır.
Masallı rayon İcra Hakimiyyəti Başçısının Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikasınin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti haqqında əsasnaməni rəhbər tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətinin özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır.
Hesabat ilində nümayəndəlikdə səlahətlərı çərçıvəsində 9 əmr, 73 sərəncam verilmiş, ondan ötrü tədbirlər planı hazırlanmışdır. Nümayəndəlik sərəncamlardan irəli gələn vəzifələrin icrasına daimi səy göstərmişdir. Məlumat üçün bildirirəm ki, bu il 17 doğum, 6 nigah qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, qanunsuz tikililərin,az yaşlı qızların erkən ailə qurmasının qarşısının alınması, qanunçuluğun qorunması, gənclərin hərbi xidmətə çağrilması ilə bağlı verilmiş sərəncamların icrası daima diqqət mərkəzində saxlanılaraq həyata keçirilməsı təmin edilmişdir.Bunuda bildirirəm ki,il ərzində 22 xidmət sənədi daxil olub, 52 xidmət sənədi göndərilib. Qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarınin dövlət qeydiyyatı aparılmış, vətəndaşlara onların şəxsiyyətini, ailə tərkibini və yaşayış yerini təsdiq edən 759 arayış verilmişdir. Şifahi qəbula gələnlərin sayı 70 nəfər, onlardan 7-si sosial yardımla əlaqədar, 20-si Azərsunda işlə təmin olunması ilə əlaqədar müraciət etmiş və işlə təmin olunmuşdur, 12 nəfər gübrə alınması ilə əlaqədar müraciət etmiş, 20 nəfər kənddə qaz şəklişində işləmək üşün köməklik göstərilməsini bildirmişlər, 8 nəfər evinə qaz çəkdirmək üçün köməklik etməyi xahiş etmişlər, 3 nəfər pay bəlli torpaq sahəsində mübahisə yarandığı üçün müraciət etmişlər.Müraciət edən şəxslərin hamısına köməklik edilmişdir.Yazılı müraciət edən isə 11 nəfər olmuşdur. 11 nəfərin hamısı təsərrüfatdan ayrılması ilə əlaqədar müraciət etmişdir. Onların ərizələri yerindəcə yoxlanılmış, valıdeinlərindən razılıq ərizələri alınaraq akt tərtib edilmiş və sərəncam verilmişdir. Həmən vətəndaşlara təsərrüfatdan ayrilmaları barədə məktub göndərilmişdir.
Bildirmək istəyirəm ki, 29.04.2015-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova Kalinovka kəndində səyyar görüşü zamanı 12 müraciət edilmişdir.
1.Məmmədova Mədinə Rəcəb qızı-Evinin yanması zamanı rayon İcra hakimiyyəti başçısı tərəfindən köməklik göstərdiyinə ğörə minnətdarlığını bildirmişdir.Tövsiyə olunmuşdur ki, vətəndaşlar evlərini və əmlakını icbari sığorta etdirsinlər.
2.Ağayev Həsrət İsrafil oğlu- Elektirik enerjisinə borcu olduğu üçün işığını kəsmək istədiklərini bildirib, borcunu mərhələli formada ödənilməsinə köməklik ğöstərilməsini xahiş edir. Minnətdarlıq etmiş,ona elektirik enerji borcunun ödənilməsi izah edilmiş.
3.Ağayev Allahverdi Ataş oğlu- Rayonda görülən işlərə görə minnətdarlığını bildirmişdir.Viləş çayından təsərrüfat suyunun verilməsinə köməklik göstərilməsini xahiş edir. “Viləş” çay su dəryaçasının rənbərliyinə bu haqda tapşırıq vermişdir.
4.Həsənov Oktay Əliş oğlu- Minnətdarlıqını bildirmişdir.
5. Qədiyev Əlisa Nəcəfqulu oğlu-Minnətdarlıqını bildirmiş.Keçmişdə artezan quyusunun olub müalicəvi əhəmiyyətli olduğunu bildirərək bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmən su əvvəlcə labaratoriyada analiz edildikdən sonra quyunun bərpasına baxıla bılər.
6.Əsğərov Elşad Abı oğlu-Taxil sahəsindən keçən yüksək gərginlik xətlərin təhlükə yaratdığını bildirmişdir. Vətəndaşa rayonda SİP kabelləşmə həyata keçirilən zaman bu problemlərin nəzərə alınacaqı bildirilmişdir.
7.Musayev Murad Paşa oğlu-Kəndin mərkəzində yerləşən kioskun təhlükə yaratdığını bildirmiş və götürülməsini xahiş etmişdir. Kəndin mərkəzində yerləşən kioskun sənədi yoxlanılsın. Sənədi yoxdursa ləğv edilməsi barədə bələdiyyə sədrinə tapşırıq verilmişdir və kiosk yerindən götürülmüşdür.
8.Babayev Kamil Qüdrət oğlu- Ərazidə su aparıcı kanallarının təmizlənməsini xahiş edir. “Viləş” çay su dəryaçasının rəhbərliyinə bu barədə ğöstəriş verilmişdir.
9.Cəlılov Ələkbər Müqəddəs oğlu- Əlıl olduğu üçün qurupunun dəyişdirilməsini xahiş edir. Əllık dərəcəsinin verilməsi həkim komissiyasının işidir. Ona həkim komissiyasına müraciət etməsi tövsiyə olunmuşdur.
10.Musayeva Güldəstə Qardaş qızı- ÜSY verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ƏSMM-nin direktoruna qanunamüvafiq daydada köməklik göstərməsini tapşırdı.
11.Hacıyev Elnur Əlıyoldaş oğlu- Rayon İcra başçısının qəbuluna gəlmək isdədiyini bildirdi. 05 may 2015-ci il tarixdə saat 10.00-da rayon İsra hakimiyyəti başçısının qəbula dəvət etdi.
12.Əliyev Vüsal Adil oğllu- Əkin suyunun verilməsini xahiş edir. “Viləş” çay su dəryaçasının rəhbərliyinə bu barədə tapşırıq vermişdir.
Dövlətimiz hər zaman gənc nəslin tlim-tərbiyəsinə diqqətlə yanaşır. Bildiyimiz kimi yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində təhsil müəssələrinin rolu vardır.
Ərazimizdə 1 tam orta məktəb fəaliyyət göstərir.Məktəbdə 302 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur.
Nümayəndəlik tərəfindən təhsil haqqında qanunun yerinə yetirilməsinə nəzarət edilməklə şagirdlərin dərsə davamiyyətinə , məktəb kollektivinə köməklik göstərilir.
Məktəbdə 1 -9 sinif şagirdlərinin dərsə davamiyyəti 90%, 10-11-ci siniflərdə 85% səviyyəsindədir. 2014-2015-ci tədris ilində 11-ci sinfi bitirmiş 20 məzundan 5 nəfər ali məktəbə, 5 nəfər isə kollecə daxil olmuşlar.
Kalinovka ərazi dairəsi üzrə bir uşaq baxçası fəaliyyət göstərir. Bu baxçada 12 nəfər işçi çalışır. Uşaq baxçasını Dövlətimiz yanacaq,ərzaq və yataq dəstləri ilə təmin edir. Amma uşaq baxçasının əsaslı təmirə ehtiyacı vardır.2015-ci ilin 3-cü rübündə baxça azacıq-cüzı təmir edilmişdir., sınıq pəncərə şüşələri dəyişdirilib,binanın daxili ağardılıb,qapılar rənglənib,həyətinə qum tökülmüşdür. Uçaq baxçasında uçaqlara çox yaxşı qulluq edilir, köhnə olmasına baxmayaraq səliqə-səhman öz yerindədir. Əksər valideyinlər baxçadan razılıq edirlər.
Ərazimizdə kənd sahə xəstəxanası da vardır. Bildiyiniz kimi xəstəxana əsaslı təmir edilmiş , su və istilik sistemi ilə təmin edilmişdir. Xəstəxana 15 çarpayılıqdır. Məlumat üçün bildirirəm ki, xəstəxanada 47 işçi çalışır. Onlardan 7-si həkim, 22 nəfəri isə kiçik tibb heyətidir. Bu xəstəxanada əhaliyə yardımla yanaşı peyvəndi vaxtı-vaxtında aparılır.Bunun nəticəsində uşaq arasında göy öskürək, qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
Kalinovka kəndində 1 mədəniyyət evi həmişə kənd camaatının üzünə açıqdır. Mədəniyyət evinin damının təmirə böyük ehtiyacı vardır. Bu ilin yayında hörmətli başçımız cənab Rafil Hüseynovun şəxsi təşəbbüsü ilə daxili vəsait hesabına mədəniyyət evinin damı təmir edilmüş , bir neçə qapı pencərələri plastik qapı və pencərərlə əvəz edilmişdir. Buna ğörə şəxsən Rayon icra başçısına bütün sakinlərimiz adından minnətdarlıq edirik. Məlumat üçün bildirirəm ki, ərazinin sakinləri asudə vaxtlarını bu mədəniyyət evində keçirirlər. Ərazi nümayəndəliyi bələdiyyə ilə birlikdə mədəniyyət evində yeni il, novruz bayramı tədbirləri keçirirlər.
Ərazimizdə bu il qazlaşma içləri aparılmışdır.Yaxın 8 kənddə qaz çəkilməsinə baxmayaraq Kalinovka kəndi bunun ohdəsindən məharətlə gəldi. Kəndin bütün əhalisi əl-ələ verərək 3 ay ərzində kəndə qazın çəkilməsində bütün qaz idarə işçilərinə yaxından köməklik etdilər və bunun nətıəsidir ki , 8 kənd içərisində bizim kənddə sentyabr ayının 28-də qaz açlışı oldu və kənd camaatı qazdan istifadə edərək , ölkə başçısına minnətdarlıq edirlər.
Ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Ordu sıralarına yola salinmasıdır. Cari ildə bu sahədə müəyyən işlər görülmüşdür. Belə ki,2015-ci ildə 19 nəfər həqıqı hərbi xidmətə çağrılmışdır. 26 nəfər həqiqi hərbi xidmətdən gerı qayıtmışdır. Ərazidə fərarilik edən qedə alınmamışdır.
Diqqətinizə çatdırıram ki, kəndimizdən Qarabağ döyüşlərində 6 nəfər həlak olmuşdur. Qarabağ əlılı 3 nəfər,Əfqanıstan müharıbəsi veteranı 3 nəfərdir.
Bizim ərazimizdə 8 qaçqın ailəsi məskunlaşmışdır. Həmin ailələrdə yaşayanların sayı 50 nəfərdir. Şəhid ailələri, Qarabağ əlilləri, qaçqın ailələri, təhna yaşayanlar həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda Rayon İcra Hakimiyyəti tərəfindən onların xatirələri əzız tutulur və bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
Ərazidə Telekomunikasiya xidməti üçün elektron ATS quraşdırılmışdır, surətli internet xidmətindən istifadə olunur. Hazırda ərazidə 205 abonent telekomunikasiya xidmətindən, 72 nəfər internet xidmətindən istifadə edirlər. Bütün kənd əhalisi ATS-in xidmətindən çox razılıq edirlər.Belə ki, son zamanlar ğözlənilir ki, kənddə yeni kabelləşmə aparılacaq. Rabitə və işıq sistemində problemər bundan sonra olmayacaq. Kənddə ATS-lə yanaşı Poçt şöbəsi də əhaliyə xidmət edir. Bütün kənd əhalisi işıq və qaz pullarını poçt şöbəsinə ödəyirlər.
Onuda bildirmək istəyirəm ki, ərazidə kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.2015-ci ildə 941.9 hektardan 700 hektarına şum vurulmuşdur. Ondan 622.ha sahədə buğda, arpa və vələmir əkilmişdir. Bu il 50-60 ha sahədə tərəvəz əkilməsi gözlənilir. ərazi nümayəndəliyi tərəfindən sahələri şumlamaq üşün subsidiyalar verilməsinə, gübrə alınmasına köməklik göstərilmişdir.
Heyvandarlıq sahəsində uğurlarımız belə olmuşdur.İri buynuzlu mal-qaranin sayı 1607 baş, qoyunların sayı 2088 baş, qüşların sayı 7310 olmuşdur. Belə ki, yay mövsümündə mal-qara arasında xəstəlik yayılanda Rayon Baytarlıq həkimləri xəstəliyin qarşısını profilaktiki tədbirlər nətıcəsində almışlar.
2015-ci ildə işlərin səmərəli təşkili ,yerli əhəmiyyətli məsələləri birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxindan köməklik göstərir, qarşıya çıxan bütün problemlərının həllinə birlikdə səy göstərilır. Belə ki, bu ilin oktyabr ayında bələdiyyənnin köməkliyi sahəsində şəhidlər parkı təmizlənmiş və abadlaşdırılmışdır. Bununla yanaşı Kalinovka Bələdiyyəsi 2015-ci il ərzində küçələrə və parkın ərazisinə,məktəb yollarına qum tökmüşdür. Kənddə bayram günlərində verilən hədiyyələr və keçirilən tədbirlərdə bələdiyyə şəxsən iştirak etmişdir.Məlumat üçün bildirirəm ki, Rayon və Respublika qəzetlərinə abunə tam yerinə yetirilmişdir. Əmlak və torpaq vergisinin yığılması davam edir.
Ərazidə 111 nəfər YAP-ın üzvüdür. Bu il YAP-ın sıralarına 8 nəfər qəbul edilmişdir. YAP-ın üzvü olan partiyaçıların üzvlük haqları tədricən ödənilir. Buna baxmayaraq 170 manat üzvlük borcumuz vardır.
Respublikamızda azad sahibkarlara yaradılmlş şərait, ərazidə də sahibkarliğın inkişafına böyük təsir göstərmişdir. Ərazidə 10 dükan, 1 maşın yuma sexi, 2 maşın təmiri sexi fəaliyyət göstərir. Burada 28 nəfər işçi çalışır.Gördüyümüz işlərlə yanaşı, görəcəyimiz işlərdə ,qarşıda duran vəzifələrimizdə çoxdur. Belə ki, ərazidə su xəttinin çəkilməsi, uçaq bağçasının təmiri, kəndin kabelləşməsi, kənd təsərrüfatı üzrə əkinçilik strukturunun yaradılması və bu kimi məsələlərin həlli qarşısında duran vəzifəmizdir.
İcazə verin, Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovu və sizi əmin edim ki, Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da verilmiş tapşirıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasına bütün gücünü və bacarığını sərf edəcək, göstərilən ehtimadı doğruldacaqır.