Polis general-mayoru Masallıda
Polis general-mayoru Masallıda Vətən Müharibəsi şəhidinin ailəsini ziyarət edib
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis General-mayoru Həzi Aslanov Masallı rayonundan olan Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad Cabir oğlu İbadovun ailəsini, Masallı şəhərində məzarını ziyarət edib.
Generala şəhidin keçdiyi döyüş yolundan məlumat verilib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Cavad Cabir oğlu İbadov ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, general-mayor Həzi Aslanov və onu müşayiət edən Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenatı Azay Ağayev Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad Cabir oğlu İbadovun məzarıni ziyarət edib, məzarı üstünə güllər düzüb.
Masallıda olarkən polis general-mayoru Həzi Aslanov rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə şəhər Qəhrəmanlar Parkında 247 şəhidin, Azərbaycan Milli Qəhrəmanlarının və Vətən Müharibəsi Qəhrəmanlarının büstünü ziyarət edərək, üzərinə təzə güllər düzüblər.