Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
09 yanvar 2016-cı il tarixdə Masallı rayonu Sığdaş kənd tam orta məktəbində Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyevin “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq bildirmişdir ki, Azərbaycan Respublikasında Ümummilli Lider cənab Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən ardıcıl islahatlar istər sosial, istərsə də iqtisadi siyasət sahəsində mütərəqqi dəyişikliklərə gətirib çıxarmış, ölkəmiz sürətli dinamik inkişaf etmişdir. Respublikamızın iqtisadi qüdrəti güclənmiş, müstəqilliyimiz möhkəmlənmiş, beynəlxalq aləmdə nüfuzu artmışdır. Əldə olunmuş nailiyyətlərə əsaslanaraq “Regionların sosial-iqtisadi inkişafı”na dair Respublika-mızın bütün bölgələrində xalqın firavan həyatı üçün, tikinti quruculuq işləri aparılır.
Hörmətli Prezidentimiz dəfələrlə çıxışlarında əhalinin sosial müdafiəsinin dövlətin prioritet məsələsinin olduğunu vurğulamışdır. 2015-ci il Respublikamız üçün nailiyyətlər ili olduğu kimi, rayonumuzun sosial-iqtisadi inkişafında da böyük uğurlar əldə edilmişdir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq geniş tikinti quruculuğu işlərinə aparılmış, şəhər və kəndlərdə çox böyük işlər görülmüşdür. Belə ki, yeni məktəb binaları tikilmiş və əsaslı təmir edilmiş, tibb məntəqələri, yeni park və xiyabanlar salınmış, prospekt və küçələr genişləndirilmiş, uzun illərdən bəri bərbad vəziyyətdə olan yollar əsaslı təmir edilmiş, ucqar kəndlərə belə qaz xətləri çəkilmiş və ərazilərin qazlaşdırılması davam edir. Əhalinin məişət şəraitinin yaxşılaşdırılması sahəsində ərazimizə qaz xəttinin çəkilməsi buna bariz nümunədir.
Respublikada, rayonda, o cümlədən şəhər və kəndlərdə görülən işlər ərazimizin sakinlərini sevindirir. Buna görə də ərazimizin sakinləri adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı və rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynova öz səmimi təşəkkürümüzü bildiririk.
Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik 4 yaşayış məntəqəsini, mərkəzi Sığdaş kəndi olmaqla Xanalion, Babakücə və Ninalov kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1183 hektardır. Bundan 427 ha bələdiyyə, 143 ha kənd altı, 507 ha pay torpaqlarıdır. Ərazidə 4092 nəfər əhali olmaqla, 996 təsərrüfat vardır.
2015-ci ildə Sığdaş ərazisində əhalinin artım sayı 39 nəfər olmuş, 4 yeni yaşayış evi tikilmiş, 5 təsərrüfat artmışdır.
RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və rayon İcra hakimiyyəti başçısının sərəncamı və əmrlərini rəhbər tutaraq “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq qurmuşdur. Nümayəndəlikdə 2015-ci ildə görüləcək işləri sistemli və planlı şəkildə həyata keçirmək üçün 41 maddədən ibarət illik və rüblük iş planı hazırlanmışdır. Nümayəndəlikdə iş planına uyğun olaraq səlahiyyətlərin icrası ilə əlaqədar 64 sərəncam verilmişdir. Verilmiş sərəncamlar aidiyyatı şəxslərlə tanış edilmiş, icrası ilə bağlı tədbirlər planı hazırlanmışdır. Hazırlanmış tədbirlər planı əsasında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92 illiyi qeyd edilmiş, “20 Yanvar faciəsi”nin ildönümü, Qurban bayramı, 8 mart-Beynəlxalq Qadınlar bayramı, Novruz bayramı, Milli Qurtuluş, Qələbə, Respublika, Silahlı Qüvvələr günü nümayəndəlik tərəfindən ərazidə yüksək səviyyədə qeyd olunmuşdur. Bütün tədbirlərin həyata keçirilməsində kənd ağsaqqalları və gənclər yüksək fəallıq göstərmişlər.
2015-ci ildə Sığdaş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi vətəndaşların müraciətlərinə daim həssaslıqla yanaşmış və öz fəaliyyətini “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə həyata keçirmişdir. Cari ildə vətəndaşlarımız tərəfindən yuxarı orqanlara ümumilikdə 40 yazılı, 20 şifahi müraciət olunmuşdur.
Belə ki, ərazinin Sığdaş kənd sakini Əliyev Mail Ağaddin oğlu müxtəlif vaxtlarda 2 dəfə Prezident Administrasiyasına, 1 dəfə isə Milli Məclisə müraciət edərək evinin qəzalı vəziyyətdə olması, ona maddi yardım edilməsini xahiş etmişdir. Məsələnin həlli ilə əlaqədar Masallı RİH-nin məsul işçisi, ərazi nümayəndəsi və bələdiyyə ilə birlikdə evə baxış keçirmiş və vətəndaşa izah olunmuşdur ki, vətəndaşlar üçün fərdi yaşayış evinin tikilməsi və ya təmiri üçün dövlət büdcəsində heç bir vəsait nəzərdə tutulmamışdır. Fərdi yaşayış evi vətəndaşın özü tərəfindən təmir olunmalıdır. Ərazinin Xanalion kənd sakini Əliyev Xudaverdi Allahverdi oğlu həm Prezident Administrasiyasına, həm də Masallı RİH-nə yazılı müraciət edərək, torpaq mübahisəsi ilə bağlı Kolatan kənd sakini Səyədulla İbrahimovdan narazılığını bildirmişdir. Həmin məsələ Masallı rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin mütəxəssisləri və Kolatan Bələdiyyəsinin ərazisində yerləşdiyinə görə Kolatan Bələdiyyəsi tərəfindən araşdırılaraq tərəflər arasında razılıq əldə olunmuşdur. Ninalov kənd sakini Həsənov Atabala Məmmədbağı oğlu Prezident Administrasiyasına məktub ünvanlayaraq onun həyətinə gediş-gəliş yolunun olmaması barədə şikayət etmişdir. Bununla bağlı Sığdaş inzibati ərazi dairəsinin kuratoru, ərazi nümayəndəsi və bələdiyyə həyətə baxış keçirmiş, həyətə gediş-gəliş yolunun mövcud olduğu, şikayətin əsassız olduğu aydınlaşmışdır. Xanalion kənd sakini İsayev Şahverən Xankişi oğlu 2 dəfə Prezident Administrasiyasına müraciət etmiş, 1 dəfə isə RİHB-nın qəbulunda olmuş, Xanalion kəndində yerləşən torpaq sahəsinin qanunsuz hərraca çıxarılmasından şikayət etmişdir. Məsələnin həlli ilə bağlı bildirək ki, həmin torpaqların icarəçidən alınması üçün Sığdaş bələdiyyəsi tərəfindən Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət olunmuş, hazırda həmin proses davam etməkdədir. Xanalion kənd sakini Məmmədov Loğman Tərlan oğlu 1 dəfə Prezident Administrasiyasına yazılı müraciət etmiş, 1 dəfə isə RİHB-nın qəbulunda olmuş, ona maddi yardımın edilməsini xahiş etmişdir. Məsələ ilə əlaqədar ona ünvanlı sosial yardım təyin olunmasına köməklik edilmişdir. Ərazinin Xanalion kənd sakini Nəsirov Məmmədzadə Xanlar oğlu 1 dəfə Prezident Administrasiyasına, 1 dəfə isə Milli Məclisə müraciət edərək, Xanalion kəndində torpaq islahatının düzgün aparılmamasından narazılıq etmişdir. Bununla bağlı Ərazi nümayəndəsi və bələdiyyənin iştirakı ilə ona aid torpaq sahəsi naturada ona göstərilmişdir. Məsələ ilə əlaqədar onu da qeyd edək hazırda ərazinin bütün kəndlərində bu problem mövcuddur. Buna baxmayaraq, vətəndaşların müraciətləri əsasında ayrı-ayrı torpaq sahələri Əmlak və Reyestr Xidmətinin mütəxəssislərinin köməkliyi ilə vətəndaşlara göstərilir. Xanalion kənd sakini Novruzov Nadir Xıdır oğlu həm Prezident Administrasiyasına, həm də RİH-nə rəsmi müraciət etməklə, əvvəllər ona icarəyə verilmiş torpaq sahələrinin geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı RİH-nin məsul işçiləri tərəfindən ona izah edilmişdir ki, həmin torpaqların icarəyə verilməsi sonradan aparılmış aqrar islahatlar nəticəsində ləğv edilmişdir. Ərazinin Sığdaş kənd sakini Rzayev Məmmədsala Həmdulla oğlu və Babakücə kənd sakini Rəsulov İbrahimsoltan İbrahim oğlu Prezident Administrasiyasına müraciət edərək onlara hərbi əlillik statusunun verilməsinə köməklik göstərmələrini xahiş etmişlər. Bununla bağlı vətəndaşlara izah olunmuşdur ki, lazım olan sənədləri toplamaq üçün SHXÇDX-nin Masallı rayon şöbəsinə və Masallı rayon TSEK-na müraciət etsinlər. Xanalion kənd sakini Rəhimov Ağarəhim Kərəm oğlu da Prezident Administrasiyasına müraciət edərək ona məxsus pay torpağının naturada ona göstərilməsini xahiş etmişdir. Məsələ ilə bağlı aydın olmuşdur ki, hal-hazırda həmin vətəndaşa məxsus pay torpağından vətəndaş özü istifadə edir. Xanalion kənd sakini Rzayeva Nəsibə Əhməd qızı 1 dəfə Prezident Administrasiyasına, 1 dəfə də RİH-nə rəsmi müraciət edərək banklara kredit borcunun olduğunu, işıq və telefon borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Ona banklarla bağlanan kredit borcluluğu və ya zaminliyi müqaviləsinə könüllü imza etdiklərinə görə bankların borcunu qaytarmağa məhz özləri məsuliyyət daşıdıqları, həmçinin istifadə etdikləri elektrik enerjisi və telefon borcunu vətəndaşın özü istifadə etdiyinə görə özü ödəməli olduğu izah edilmişdir. Babakücə kənd sakini Sadıxova Kürsüm Mürsəl qızı Prezident Administrasiyasına müraciət edərək oğlunun gözləri zəif olduğuna görə ona təyin olunan eynəyin alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Masallı rayon mərkəzi xəstəxanası tərəfindən həmin eynəyin alınmasında ona lazımi köməklik edilmişdir. Ərazinin Babakücə kənd sakini Səlimov Mirsaleh Mirhüseyn oğlu 2 dəfə Prezident Administrasiyasına yazılı müraciət etməklə, 2 dəfə isə RİHB-nın qəbulunda olmaqla evinin qəzalı vəziyyətdə olması və ona təmir üçün köməklik edilməsini istəmişdir. Qeyd olunan məsələ ilə əlaqədar RİHB-sı tərəfindən ona izah olunmuşdur ki, hər bir vətəndaş ona məxsus olan fərdi yaşayış evinin tikintisi və təmiri üçün maddi vəsaiti özü ödəməlidir. Xanalion kənd sakini Şirəliyev Maqsud Məsti oğlu ayrı-ayrı vaxtlarda 1 dəfə Prezident Administrasiyasına, 3 dəfə RİH-nə yazılı müraciət etmiş, 3 dəfə isə RİHB-nın qəbulunda olmuş, iki övladının təhsil aldığını, işsiz olduğunu, ona maddi yardım edilməsini xahiş etmişdir. Bununla bağlı Masallı RİH tərəfindən ona müəyyən miqdarda maddi yardım edilmişdir. Babakücə kənd sakini Xancanov Xankişi Balaş oğlu 1 dəfə Prezident Administrasiyasına, 1 dəfə də RİH-nə müraciət edərək BVM əlili olduğunu, onun avtomobillə təmin olunmasında köməklik edilməsini xahiş etmişdir. Qeyd edək ki, məhz RİHB-sı cənab Rafil Hüseynov şəxsən özü əlillər üçün nəzərdə tutulmuş avtomobili Xankişi Xancanova təqdim etmişdir. Xanalion kənd sakini Cabbarov Əkrəm Şəkür oğlu 2 dəfə RİH-nə müraciət etmiş, 2 dəfə isə RİHB-nın qəbulunda olmuş, Qarabağ əlili olduğunu və ona maddi yardım edilməsini xahiş etmişdir ki, RİH tərəfindən də ona müəyyən miqdarda maddi yardım göstərilmişdir. Babakücə kənd sakini Dadaşova Xanımnisə Xanəli qızı RİH-nə müraciət edərək tənha olduğunu və ona qulluq etmək üçün bir adamın ayrılmasını xahiş etmişdir. Bununla bağlı ona bildirilmişdir ki, onun yaş həddinə və əlillik qrupuna uyğun olan vətəndaşlar üçün hər hansı bir köməkçinin ayrılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Sığdaş kənd sakini Məmmədov Səmirağa Nəsrəddin oğlu RİH-nə müraciət edərək oğlunun xəstə olduğunu, sülh dövründə ona yararsız hərbi bilet verilməsini xahiş etmişdir. Məsələ ilə bağlı ərazi nümayəndəsinin müavini və SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları vətəndaşın həyətində olmuş, ona yararsız hərbi biletin verilməsi üçün hərbi həkim komissiyasından keçirilməsinin vacib olduğu bildirilmişdir. RİH-nə daha 1 müraciət Sığdaş kənd sakini Nəhmətov Zeynal Nəhmət oğlu tərəfindən edilmişdir. O, elektrik xəttinin yer səthinə həddindən artıq yaxın olması səbəbindən ona məxsus inəyin elektrik xəttinə toxunaraq öldüyündən şikayətlənmişdir. Məsələ ilə bağlı o, RİHB-sının şifahi qəbulunda da olmuş, nəticədə ona dəyən zərərin ödənilməsi vətəndaşla “Azərişıq ASC” arasında razılaşdırılmışdır. Babakücə kənd sakini Sadıqov Zakir Muğdad oğlu həyətində yerləşən elektrik dirəyinin qəzalı vəziyyətdə olduğu barədə RİH-nə müraciət etmiş, nəticədə həmin elektrik dirəyi dəyişdirilərək yenisi ilə əvəzlənmişdir. Sığdaş kənd sakini Şahmarov Coşqun Şərafət oğlu RİH-nə qızının adının dəyişdirilməsi ilə əlaqədar müraciət etmiş, onun müraciəti əsasında qızının adı dəyişdirilmişdir. RİH-nə edilmiş müraciətlərdən 2-si Ninalov kənd sakini Xancanova Zahirə Xankişi qızı tərəfindən edilmiş, hər iki müraciətdə ona məxsus pay torpağının naturada ona göstərilməsi xahiş edilmişdir. Məsələ ilə bağlı ərazi nümayəndəsi, bələdiyyə və Masallı rayon Məhkəməsinin icraçılarının iştirakı ilə ona məxsus torpaq sahəsi naturada ona təhkim olunmuşdur.
2015-ci il ərzində Sığdaş ərazisi üzrə ümumilikdə 20 nəfər RİHB-nın qəbulunda olmuşdur. Şifahi qəbulda olanların 4-ü ünvanlı sosial yardımla bağlı müraciət etmiş, onların hamısına hal-hazırda ünvanlı sosial yardım təyin olunmuşdur. Daha 1 şifahi müraciət Xanalion kənd sakini Babayeva Firəngiz Qurbanəli qızı tərəfindən olunmuş, ona məxsus paybəlli torpaq sahəsinin ona naturada dəqiq göstərilməsi xahiş olunmuşdur. Bununla bağlı ərazi nümayəndəsi, bələdiyyə və Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin mütəxəs-sisləri tərəfindən ona məxsus torpaq sahəsi naturada ona göstərilmişdir. RİHB-sına edilmiş şifahi müraciətlərdən daha 1-i Ninalov kənd sakinləri tərəfindən edilmiş və onlar ərazidəki qaz xəttinin çəkilişi layihəsinə Ninalov kəndinin də salınmasını xahiş etmişlər. RİHB-sı tərəfindən onlara izah edilmişdir ki, hazırkı layihədə Ninalov kəndinə qaz çəklişi nəzərdə tutulmasa da, növbəti layihədə Ninalov kəndinə qaz çəkilişi həyata keçiriləcəkdir. Babakücə kənd sakini Əkbərov Maşalla İmamyar oğlu və Ninalov kənd sakini Əbilov Vəfadar Məhərrəm oğlu RİHB-na öz oğullarının işlə təmin olunması ilə əlaqədar müraciət etmişlər. Məsələ ilə bağlı qeyd edək ki, Maşalla Əkbərovun oğlu Tale Əkbərov hazırda Sığdaş kənd Poçt Şöbəsinin müdiridir. Vəfadar Əbilovun oğlu isə özəl şirkətdə mühasib işləyir. Sığdaş kənd sakini Salayev Mübariz Həmdulla oğlu RİHB-nın qəbulunda olaraq, Qarabağ əlilləri üçün ildə bir dəfə verilməsi nəzərdə tutulan maddi yardımı ala bilmədiyini diqqətə çatdırmışdır. Ona bildirilmişdir ki, Masallı rayonunda həmin siyahıda qeydiyyatda olan əlillərin sayı kifayət qədər çox olduğundan həmin müavinət alanların adları müxtəlif illər üzrə dəyişir. Babakücə kənd sakini Əkbərov Simran Mədi oğlu evinin təmir olunması ilə bağlı maddi yardım istəmiş, RİHB-sı tərəfindən ona izah olunmuşdur ki, vətəndaşların fərdi yaşayış evlərinin tikintisinə köməklik göstərilməsi üçün RİH-də dövlət tərəfindən heç bir fond nəzərdə tutulmamışdır. Xanalion kənd sakini Məhərrəmov Şahin Fərəməz oğlu RİHB-nın qəbulunda musiqi məktəblərinin və ya musiqi dərnəklərinin açılması üçün köməklik edilməsini xahiş etmişdi. Sığdaş ərazisində mədəniyyət klubları mövcud olmadığı üçün ona qonşu ərazilərdə yerləşən mədəniyyət klublarından yararlanmaq tövsiyə olunmuşdu. Hazırda Boradigah qəsəbəsində yerləşən mədəniyyət klubunda Şahin Məhərrəmovun təşkilatçılığı ilə musiqi dərnəkləri fəaliyyət göstərir.
Məlumat üçün onu da qeyd edək ki, 16 yanvar 2015-ci il tarixində Masallı RİHB-sı cənab Rafil Hüseynovun Sığdaş inzibati ərazi dairəsində vətəndaşlarla görüşü zamanı vətəndaşlar tərəfindən ümumilikdə 6 nəfər çıxış etmişdir ki, onlardan 1 çıxış minnətdarlıq xarakterli olmuş, qalan 5 çıxış isə təklif və xahişlərdən ibarət olmuşdur. Qeyd edək ki, qaldırılan məsələlərin və problemlərin 2-si öz həllini tapmış, 3-ü isə bizdən asılı olmayan səbəblərdən hələ ki, həll olunmamış qalmışdır. Belə ki, görüş zamanı Sığdaş kənd sakini Şahmarov Yadulla Nadir oğlu çıxış edərək əraziyə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar hazırda ərazinin kəndlərinə qaz xətlərinin əsas hissələri çəkilmiş və işin başa çatdırılması üçün xəttin çəkilişi davam etməkdədir. Babakücə kənd sakini Əliyev Əlibaba Məmməd oğlu nəqliyyatın intensiv hərəkətini təmin etmək və Sığdaş kəndinin mərkəzi yolunda, xüsusən də, xüsusi bayram və dini mərasimlər olan günlərdə sıxlığı azaltmaq məqsədilə Babakücə kəndinin mərkəzindən keçən yolun alternativ yol olaraq asfaltlaşdırılması və Sığdaş mərkəzi yoluna birləşdirilməsini təklif etdi. Təkliflə əlaqədar ona izah olundu ki, hazırda belə bir layihə nəzərdə tutulmamışdır. Gələcəkdə bu istiqamətdə hər hansı iş görülərsə, həmin təklifin nəzərdən keçirilməsi mümkündür. Sığdaş kənd tibb məntəqəsinin müdiri Məmmədov Səmirağa Nəsrəddin oğlunun Sığdaş kənd tibb məntəqəsində tibbi preparatların saxlanılması üçün soyuducunun olmadığını bildirməsindən sonra ona bildirildi ki, tibb məntəqələri rayon mərkəzi xəstəxanasının balansındadır və maddi şərait imkan verərsə, bu problem nəzərə alınacaqdır. Xanalion kənd sakini Şirəliyev Maqsud Məsti oğlu kəndarası yollara diqqətin ayrılmasını xahiş etmişdi. Məsələnin həlli ilə əlaqədar bildiririk ki, cari ildə Sığdaş Bələdiyyəsi tərəfindən Xanalion-Bədəlan yolu asfaltla təmir olunmuşdur. Sığdaş kənd ağsaqqalı Əliyev Şəkur Leysan oğlu ərazidə elektrik xətlərinin və elektrik dirəklərinin qəzalı vəziyyətdə olmasını vurğulamışdı. Bu problemin həlli ilə əlaqədar mövcud olan vəziyyət “Azərişıq” ASC-nin əməkdaşlarına da bildirilmiş və bu yöndə gələcəkdə yenidənqurma işlərinin aparılacağı nəzərdə tutulmuşdur.
Cari ildə nümayəndəlik “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə həssaslıqla yanaşaraq nəticəsi barədə onlara məlumat vermişdir. Vətəndaşlar tərəfindən 2015-ci ildə nümayəndəliyə 15 yazılı müraciət daxil olmuşdur ki, onlardan 5 müraciət təsərrüfatdan ayırma, 1 müraciət paybəlli torpağın naturada vətəndaşa təhkim olunması zamanı qonşusu ilə yaranmış mübahisə, 1 müraciət elektrik xəttinin yerə həddindən artıq yaxın olması nəticəsində kənd sakininə məxsus inəyin elektrik xəttinə toxunaraq ölməsi, 1 müraciət doğumla bağlı dövlət tərəfindən verilən müavinətin alınması üçün sənədlərin yığılmasında problem yaranması, 1 müraciət vətəndaşın sığorta kartının alınmasında çətinliklər yaranması, 1 müraciət vəfat etmiş vətəndaşın adında qeydiyyatda olan telefon xəttinin onun varisinin adına keçirilməsində köməklik göstərilməsi, 3 müraciət ünvanlı sosial yardım, 2 müraciət isə vətəndaşlara məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ilə bağlı olmuşdur. Yazılı müraciətlərdən əlavə nümayəndəliyə il ərzində ümumilikdə 29 şifahi müraciət daxil olmuşdur ki, onlardan 5 müraciət ünvanlı sosial yardım, 3 müraciət paybəlli torpaqların vətəndaşlara naturada göstərilməsi, 3 müraciət elektrik xətlərinin qırılması və ya işıqların sönməsi, 2 müraciət ailədaxili problemlər, 2 müraciət fərdi yaşayış evlərinin qəzalı durumda olması, 2 müraciət istifadə olunmayan qaz borularının vətəndaşlar tərəfindən icazəsiz kəsilməsi, 1 müraciət Sığdaş kəndində yerləşən kitabxananın istiliklə təmin olunması, 1 müraciət 2-ci qrup əlil olan həqiqi hərbi xidmətə çağırış yaşlı gəncin hərbi həkim komissiyasından keçirilməsi, 1 müraciət elektrik sayğacının yararsız vəziyyətdə olması, 1 müraciət ailəsində üç uşağı olan vətəndaşın adının SHXÇDX-nin siyahısından çıxarılması, 3 müraciət Xanalion kəndində yerləşən və Masallı şəhər sakininə icarəyə verilmiş torpaq sahəsinin geri qaytarılması, 1 müraciət BVM əlili olan Babakücə kənd sakininə nəqliyyat vasitəsinin verilməsi, 4 müraciət isə əraziyə yeni köçmüş şəxslərin qeydiyyata alınması ilə bağlı olmuşdur. Müraciətlərə yerində və vaxtında baxılaraq müsbət həll olunmuşdur. Nümayəndəliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunamüvafiq qaydada aidiyyəti üzrə istiqamətləndirilərək həll olunmuşdur.
2015-ci ildə ərazi nümayəndəliyində səlahiyyətlər daxilində 12 əmr verilmişdir ki, onlardan 7 əmr növbəti məzuniyyətə buraxılma, 2 əmr əlavə mükafatların verilməsi, 1 əmr katirovka sorğusu, 2 əmr isə təhsil məzuniyyəti haqqında olmuşdur. Həmin əmrlərin hazırlanmasında və imzalanmasında mövcud qanunvericilik gözlənilərək heç bir kənarlaşmaya yol verilməmişdir.
İnzibati ərazi dairəsinin əhatə etdiyi yaşayış məntəqələrinin təsərrüfatlarını özündə əks etdirən təsərrüfatbaşına uçot kitabları və ərazidə müvəqqəti yaşayan şəxslərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 10 may 2010-cu il tarixli 10/17 saylı sərəncamı ilə təsdiq edilmiş təlimat üzrə hər il 01 yanvar vəziyyətinə dürüstləşmə aparılaraq işlənmişdir. Buna əsasən Azərbaycan Respublikasının seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik vətəndaşlar haqqında məlumatlar nümayəndəlik tərəfindən dürüstləşdirilmişdir. Bununla yanaşı inzibati ərazi dairəsi üzrə əhalinin yaş qrupları üzrə təsnifatı və hərəkəti işlənib hazırlanmışdır. Müəyyən olunmuşdur ki, ərazidə 387 nəfər 0-6 yaşarası, 779 nəfər 6-18 yaşarası, 2926 nəfər isə 18 yaşdan yuxarı vətəndaş qeydiyyatdadır.
Nümayəndəlikdə kargüzarlıq işləri “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması qaydası haqqında” təlimata uyğun aparılmış, daxil olmalar ştampı vurularaq dərkənar qoyulmuş və qeydiyyata alınmışdır. Müxtəlif təşkilatlardan nümayəndəliyə 16 sənəd daxil olunmuş, məlumat tələb olunan sənədlərlə bağlı aidiyyəti təşkilatlara cavab hazırlanaraq göndərilmiş, digər sənədlər isə rəhbərlik üçün işə alınmışdır. Növbəti ilin sənədləşmələri üçün isə müvafiq təlimata uyğun “Sərəncamlar”, “Nümayəndəliyə daxil olan məktublar”, “İdarə və müəssisələrə göndərilən məktublar”, “Nümayəndəliyə daxil olan ərizə və şikayətlər”, “Vətəndaşlara verilən arayışlar”, “Şifahi şikayətlər”, “Protokollar” və s. bu kimi kitablar açılmış, yeni il üçün istifadəyə verilmişdir.
2015-ci ilin noyabrın 1-də keçirilən Parlament seçkilərində ərazidə iki məntəqə fəaliyyət göstərmişdir. Həmin seçki məntəqələrinin seçkilərə tam hazır vəziyyətə gətirilməsi üçün nümayəndəliyin öhdəsinə düşən bütün tədbirlər görülmüş, mövcud olan çatışmazlıqlar barədə müvafiq orqanlara yerində məlumat verilərək onların həllinə nail olunmuşdur. Seçki günü seçicilərin aktivliyinin təmin edilməsi üçün bütün tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, iki məntəqə üzrə seçicilərin 54 faizi-yəni 885 nəfər fəal şəkildə seçki məntəqələrinə gələrək tam demokratik şəkildə istədikləri namizədə səs vermişlər.
Ərazi nümayəndəsinin vəzifələrindən biri də çağırış yaşlı gənclərin həqiqi hərbi xidmətə göndərilməsidir. Hərbi çağırışı yerinə yetirmək, gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək üçün ərazidə lazımi təbliğat və izahat işləri aparılmışdır. Həmçinin gənclər arasında Qarabağ müharibəsi veteranları və iştirakçıları vətənpərvərlik mövzusunda ruhlandırıcı söhbətlər aparmaqla bu məsələdə müsbət işlər görürlər. Hal-hazırda məhz buna görədir ki, hərbi xidmətdən yayınmış digər ölkələrdə olan 48 gəncin də hərbi xidmətə göndərilməsinə çalışırıq. Kənd ağsaqqalları və ziyalıların köməyi ilə çox hallarda buna nail oluruq. Ərazidə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər görmüşdür. Hesabat ilində Sığdaş kəndində bələdiyyə tərəfindən istirahət mərkəzi tikilib istifadəyə verilməsi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müsbət şərait yaratmışdır. Bununla yanaşı cari ilin may ayında Sığdaş kənd orta məktəbin idman zalında ulu öndər H. Əliyevin xatirəsinə həsr olunmuş kəndlərarası voleybol turniri keçirilmişdir.
Məlumat üçün bildirək ki, ərazidə 1 tam orta, 1 ümumi orta məktəb fəaliyyət göstərir. Nümayəndəlik tərəfindən məktəblərdə “Təhsil haqqında” Qanunun yerinə yetirilməsinə daima diqqət yetirilir, şagirdlərin dərsə davamiyyətində məktəb rəhbərliyinə yaxından köməklik göstərilir. Bunun nəticəsində davamiyyət 80-85 faiz təşkil edir. Məktəblərdə 464 şagird vardır, onların təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olur. Ərazidə fəaliyyət göstərən hər iki məktəb yeni tikilmiş, müasir tələblərə cavab verir. 2014-2015-ci tədris ilində Sığdaş kənd tam orta məktəbi üzrə 18 məzun olmuş, bunlardan 2 məzun ali məktəblərə daxil olmuşdur.
Nümayəndəlik Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”ni əsas tutaraq cari ildə 45 doğum, 8 nikah və 19 ölüm faktı qeydiyyata almış, bu barədə hesabat sənədləri vaxtı-vaxtında rayon Qeydiyyat Şöbəsinə təqdim olunmuşdur. Həmin faktların qeydiyyatı zamanı müddət pozğunluğuna yol verilməmişdir.
Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların qeyri-rəsmi nikahlarının qarşısının alınması daima diqqət mərkəzində olmuşdur. Azyaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötrü ərazidə müvafiq tədbirlər həyata keçirilmiş, 7 nəfər barəsində Masallı rayon İcra Hakimiyyətinə və rayon Polis Şöbəsinə rəsmi müraciət edilmişdir. Görülən tədbirlər nəticəsində hazırda ərazidə belə hallar müşahidə olunmur.
Ərazidə hal-hazırda 2 Tibb məntəqəsi fəaliyyət göstərir. Tibb personalı tərəfindən peyvənd işləri vaxtında aparılır, tərəfimizdən onların işinə nəzarət edilir. Cari ildə ərazi üzrə ümumilikdə 474 peyvənd işi aparılmışdır ki, onlardan 236 nəfər kişi, 228 nəfəri isə qadın olmuşdur. Peyvənd olunanlardan 55 nəfəri 1 yaşa qədər, 87 nəfəri isə 1-3 yaş arası, qalanı isə 3 yaşdan yuxarı yaşlarda olmuşdur. Hazırda Xanalion kəndində yerləşən Tibb məntəqəsi ev şəraitində fəaliyyət göstərdiyinə görə vətəndaşlara göstərilən səhiyyə xidmətini tam şəkildə yerinə yetirməkdə çətinliklər yaranır. Həmçinin vətəndaşlarımız müxtəlif vaxtlarda rayonda keçirilən qanvermə aksiyasında da fəal iştirak etmişlər.
Ərazidə bir kitabxana fəaliyyət göstərir. Kitabxana Sığdaş kəndində köhnə məktəb binasında yerləşir. Kitabxana həftənin beş günü normal iş rejiminə uyğun işləyir və tələbatı olan şəxslərə kitabxananın imkanları daxilində xidmət göstərilir.
Sığdaş ərazisində ümumilikdə 612 ha əkinə yararlı torpaq sahəsi vardır. Cari ildə ərazi üzrə 95 ha buğda, 4 ha xiyar, 2 ha pomidor, 5 ha badımcan, 11 ha digər bitkilər əkilmişdir. Əkilmiş 117 ha torpaq sahəsi ümumi pay torpaqlarının təxminən 20 faizini təşkil edir ki, bu da qənaətbəxş deyildir. Pay torpağının çox hissəsi otlaq və biçənək kimi heyvandarlıq üçün istifadə olunur. 01 yanvar 2015-ci il vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 1703 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 1905 baş olmuşdur.
Hesabat ilində ərazidə qanunçuluğun qorunması, qanunsuz tikililərin qarşısının alınması və torpaqların zəbtdən azad edilməsi ilə bağlı nümayəndəlik tərəfindən ciddi işlər aparılmışdır. Belə ki, cari ildə ərazi üzrə 83 qanunsuz tikili və zəbt torpaq faktı aşkarlanmış, bundan 58 torpaq zəbtdən azad edilmiş, pay torpağında tikilmiş 16 qanunsuz tikili barədə tədbir görülməsi üçün rayon İcra Hakimiyyəti komissiyasına və Torpaq və Xəritəçəkmə şöbəsinə müraciət olunmuş, 9 qanunsuz tikili altı torpaq sahəsi alqı-satqıya cəlb edilmişdir
2015-ci il Sığdaş ərazisi üçün bir sıra sosial problemlər həll edilməsi baxımından çox əlamətdar oldu. Rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun ərazinin sakinlərinə xüsusi diqqəti olaraq, uzun illər həllini tapmayan problemlər öz həllini tapmışdır. Belə ki, cari ildə Sığdaş-Babakücə yolu təmir olunmuş, Sığdaş kəndində tikilmiş istirahət mərkəzinin həm qış, həm də yay aylarında istifadəsi üçün nəzərdə tutulmuş hissələri əhalinin istifadəsinə verilmiş, Ərazinin Sığdaş kənd tam orta və Xanalion kənd əsas məktəbinin həyətlərində və mərkəzi yolun kənarlarında yaşıllaşdırma işləri ilə əlaqədar 150 ədəd yeni ağac və gül əkilmiş, Sığdaş, Babakücə və Ninalov kəndlərində su aparıcı kanallar təmizlənmiş, Qanunsuz tikililər və qanunsuz zəbtlər barədə aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır, Xanalion-Bədəlan yolu asfaltla təmir olunmuş, AzKİL-2-nin köməkliyi ilə Babakücə kəndində yerləşən qəbiristanlığın ətrafı hasara alınmış, Əraziyə qaz xətlərinin çəkilməsi işinə başlanılmış və hazırda qaz xətlərinin çəkilməsi davam etməkdədir.
Bütün bu problemlərin həll olunmasında ərazimizə xüsusi diqqət göstərən Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynova kənd əhalisi xüsusi minnətdarlıq edir. Bütün bunlarla yanaşı ərazidə həlli vacib olan aşağıdakı problemlər də vardır: Sığdaş kəndində yeni EATS binasının tikilməsi, Xanalion kəndində feldşer-mama məntəqəsinin inşa olunması, Ərazidə elektrik xətlərinin və dirəklərinin, həmçinin transformator-ların təmir edilməsi və dəyişdirilməsi, Sığdaş kəndinin mərkəzi yolunun kəndin girişindən “Mürsəli ocağı”na qədər olan hissəsinin gecə işıqlandırma sistemi ilə təmin olunması, Xanalion-Bədəlan mərkəzi yolunun asfalt örtüyü ilə təmir olunması.
Göstərilən bu və digər problemlərin növbəti ildə həll olunması nəzərdə tutulmuşdur ki, bu da əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdən hesab olunmalıdır.