DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Masallı rayon İcra hakimiyyətinin başsağlığı
30 noyabr 2021 | 16:00
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Masallı rayon İcra hakimiyyətinin başsağlığı.
30 noyabr 2021-ci il tarixdə səhər saatlarında Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi çox kədərləndirdi.
Masallı rayon İcra hakimiyyətinin kollektivi olaraq qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa arzulayırıq.