Şriftin ölçüsü :

Saytın rəngi :

“Qiçs xəstəliyi, onun zərərləri və ondan qorunma yolları” mövzusunda dəyirmi masa

01 dekabr 2021 | 16:00

Masalıda “Qiçs xəstəliyi, onun zərərləri və ondan qorunma yolları” mövzusunda dəyirmi masa keçirilmişdir.

01 dekabr 2021-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Regional Mədəniyyət İdarəsinin , Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin, “Masallı Gənclər evi” sosal xidmət müəssisəsinin , Masallı Dövlət Regional kollecinin iştrakı ilə ümumdünya QİÇS-lə Mübarizə günü ilə əlaqədar, olaraq gənclər arasında “Qiçs xəstəliyi, onun zərərləri və ondan qorunma yolları” mövzusunda dəyirmi masa keçirilmişdir.

Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək tədbir iştrakçılarını salamlamış və bildirmişdir ki, “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. AİDS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərlərdən və narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən söhbət açaraq qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışaraq qeyd etdi ki, Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynlı, Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Salman Yunusov, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxış edərək QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdilər. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarrifləndirici tədbirlərin keçirildiyini qeyd edərək bildirdilər ki, Rayonumuzda da bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılmalıdır.

Sonda gənclərə mövzu ilə bağlı hazırlanmış bukletlər paylanıldı

Keçidlər