Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam məktəbli - Xoşbəxt gələcək” marafonu davam edir

02 dekabr 2021 | 16:00

Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam edir.

2 dekabr 2021-ci il tarixdə Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı  maarifləndirmə marafonu davam etdi. Növbəti ünvan Çaxırlı kənd orta məktəbində oldu.
Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib. Klinikanın əməkdaşı, klinik psixoloq Nigar Pənalıyeva valideynlərə və müəllimlərə “Onurğa əyriliyi və onun yaranma səbəbləri”, “Kəskin respirator virus infeksiyaları ilə mübarizə” və “Məktəbli şəxsiyyətinin psixologiyası” mövzularında təqdimatlar edib.
İnteraktiv formatda keçən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı tədbir keçirilən Çaxırlı kənd orta məktəbindən xəbər verir ki, maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır

Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.

Keçidlər