Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Kitabxanada şairə ilə görüş

03 dekabr 2021 | 16:00

Masallı rayon Mərkəzi Kitabxanasında şairə Meysaba Aslanova ilə görüş keçirilib.

Kitabxananın direktoru Əlhəddin Nəzərov qəlbi əsl vətəndaşlıq duyğuları ilə çırpınan, şeirlərində Zəfər Qələbəmizi, Ali Baş Komandanı, Masallını, şəhidlərimizi, Vətənimiz Azərbaycanı, vətənpərvərliyi təqdir edən şairə Meysaba Aslanovanın poetik yaradıcılığı haqqında danışıb.
Şairə yenicə çapdan çıxan “Gözün aydın, Azərbaycan” adlı kitabını oxuculara təqdim edərək bildirib ki, bu onun vətənpərvərlik ruhunda yazdığı növbəti kitabıdır. Kitabları yazmaqda başlıca  məqsədi gənclərimizə, uşaqlarımıza vətənpərvərlik ruhunu aşılamaq, oxucuların rəğbətini qazanmaqdır.

Tədbirin təşkil olunmasına və qonaqpərvərliyə görə kitabxana rəhbərliyinə təşəkkür edən şairə sonra görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Şairə Meysaba Aslanova 1960-cı ildə Abasbəyli kəndində anadan olub. 2015-ci ildən YAP-ın üzvüdür. DİN-in “Mübariz keşikdə” qəzetində şeirləri dərc olunub. Nazirlikdən təşəkkür məktubu alıb. 2020-ci il oktyabrın 23-də MN-də “Azərbaycan Ordusu” qəzetində şeiri və məktubu dərc edilib. 2021-ci ilin aprel ayında “Qarabağ Azərbaycandır” adlı kitabı nəşr olub. “Gözün aydın, Azərbaycan” müəllifin bu günlərdə Bakının «Elm və təhsil» nəşriyyatında çapdan çıxan kitabıdır. Kitabın redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatçısı İbrahim Məmmədhüseyn oğlu Şükürovdur.
«Ön söz»də şairə yazır: «Əziz oxucular, mənim Vətənpərvərlik ruhda yazdığım ikinci şeirlər kitabımdır. 30 il işğalda olan torpaqlarımızn alınması mənə yazıb-yaratmağa ilham verdi. Mənim bu kitabları yazmaqda gəncləri-mizə, uşaqlarımıza Vətənpərvərlik ruhunu aşılamaq, oxucularımızın rəğbətini qazanmaqdır. Məni təbrik edən oxucularıma təşəkkür edirəm. Mənə oxucuları-mın etdikləri təşəkkür hər şeydən qiymətlidir. Bu mənə yazıb-yaratmağa ruh yüksəkliyi verir. Oxucu rəyləri mənim üçün çox qiymətlidir. Mən kitablarım-da daha çox həyatını Vətənimiz üçün qurban verən qəhrəman şəhidlər, qazi və əsgərlərdən yazmağa üs-tünlük verirəm. İnanıram ki, bu sizin də ürəyinizcə olacaq. Vətən, şəhidlər bizim qürurumuzdur. Onları hər yerdə, hər zaman uca tutmaq insanlıq borcumuzdur. İnanıram ki, üçüncü kitabım da sizin ürəyinizcə olacaq."

Axırda şairə M.Aslanova yeni kitablar dəstini kitabxanaya təqdim etmiş, xatirə şəkli çəkdirmişdir.

Keçidlər