Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının “Ən yaxşı müəllim” nominasiyası üzrə qalibi

04 dekabr 2021 | 16:00

Ən yaxşı xarici dil müəllimi Masallı rayonunun Şərəfə kənd tam orta məktəbindədir...

Xəbər verdiyimiz kimi Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Fransız dili müəllimləri Assosiasiyası (APFAZ) və Xarici Dillər Universitetinin birgə təşəbbüsü ilə ölkəmizdə xarici dil üzrə “Ən yaxşı xarici dil müəllimi”, “Xarici dili ən yaxşı tədris edən məktəb”, “Xarici dildə ən yaxşı nəticə göstərən şagird” nominasiyası üzrə müsabiqə keçirilib.
Masallı rayonunun Şərəfə kənd tam orta məktəbinin xarici dil müəllimi Naidə Şakir qızı Məmmədova “Ən yaxşı müəllim” nominasiyası üzrə qalib olub. Həm də maraqlı cəhət odur ki, Naidə Məmmədovanın iki şagirdi də həmin nominasiyanın qalibləri arasında yer tutub.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Naidə Məmmədova Qabaqcıl təhsil işçisi və Azərbaycan Respublikasının Prezidentinin mükafatçısıdır. O, 2011-ci ildə ölkə miqyasında “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi olub, 2019-cu ildə Türkiyədə Xalqlararası Türk Dünyasının “Sosial bilimlər və Tədris bilimləri” Konqresində “Yeni təlim strategiyaları müasir paradiqmlər kontekstində” layihəsi ilə Dədə Qorqud mükafatının sahibi olub.

Bakı şəhərində qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros və APFAZ-ın prezidenti Gülbəniz Camalova Naidə Məmmədovaya mükafatı təqdim edərək, ona gələcək pedaqoji fəaliyyətində daha böyük uğurlar qazanmağı arzu ediblər.

Keçidlər