“Bir Könüllüdən Min Könüllüyə” şüarı altında görüş
“Masallı Gənclər Evi” sosial xidmət müəssisənin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində “Beynəlxalq Könüllülər Günü” ilə bağlı “Bir Könüllüdən Min Könüllüyə” şüarı altında görüş keçirilib.
Əvvəlcə tədbirdə 44 günlük Vətən Müharibəsi Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov açaraq qeyd etmişdir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir.
Metodist Tural Sadıqov bildirib ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşıması başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
Tədbirdə çıxış edən “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Əfsanə Kərimova bildirdi ki, Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.
Tədbirin sonunda Masallı Gənclər Evinin bir qrup könüllüsünə aktiv fəaliyyətinə görə diplom verilmişdir.