Masallı mədəniyyət işçilərinin Bakı səfəri
Masallı rayon Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq Muzeyinin birgə təşəbbüsü ilə adı çəkilən qurumların əməkdaşları Bakıya səfər təşkil etmişdir. Səfər çərçivəsində I Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub.
Kollektiv əvvəlcə I Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunub. Mərkəz və Muzeyin əməkdaşları 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan hərbi birləşmələrindən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olublar.
Hərbi Qənimətlər Parkına ekskursiya ziyarətçilərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.