Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün tədarükü sürətlənir

06 dekabr 2021 | 16:00

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb.

2021-ci ildə rayonda 40-dan çox fermer 52 hektar sahədə tütün əkib-becərir.
Masallı DAİM-in rəisi Seymur Nuriyevin verdiyi məlumata görə 2021-ci ilin dekabrın 4-nə kimi rayon ərazisində sahələrdən 46.09 tona yaxın quru tütün yarpağı yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir.

Qeyd edək ki, cari ildə Masallı rayonunda 88.40 ton quru tütün tədarükü proqnozlaşdırılır.

Keçidlər