Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda taxıl əkini davam edir

07 dekabr 2021 | 16:00

Taxılçılıq Masallı rayonunda əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən taxılçılıqla məşğul olan məhsul istehsalçılarına subsidiyaların verilməsi rayonda bu sahəyə marağı artırıb. Hazırda Masallıda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və rayonda taxıl istehsalı ilbəil artır.

Masallı Rayon Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayon üzrə 4 dekabr 2021-ci il tarixə kimi 15243.5 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar.

Səpinə mütəşəkkil başlayan əkinçilər rayonda qısa müddətdə 12975 hektar sahədə səpin aparıblar. Bunun 3001 hektarı arpa, 7116 hektarı buğda və 2858.0 hektarı isə vələmir sahəsidir.

İndiyədək rayonda 15243.5 hektar sahə əkin yerlərii üçün şumlanmışdır. Ötən ilə müqayisədə rayonda 1149 hektardan çox sahədə şum vurulmuşdur. Həmçinin keçən ilin həmin günlərinə nisbətən bu il  daha çox-143 hektarda arpa, 416.8 hektarda buğda və 16.3 hektarda vələmir əkilmişdir.

Rayonun Təklə, Çaxırlı, Qarğalıq, Musakücə, Xırmandalı, Təzə Alvadı, Viləş, Yeddioymaq, Səmidxan, Öncəqala, Qızılağac, Həsənli və başqa kəndlərdə fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edirlər.

Keçidlər