Şriftin ölçüsü :

Saytın rəngi :

“Öz Biznesinə Başla” təlimləri

09 dekabr 2021 | 16:00

Masallıda Məşğulluğa Dəstək Layihəsi çərçivəsində “Öz Biznesinə Başla” təlimləri keçirilir.

Masallı rayon Heydər Əliyev Mərkəzində Dünya Bankı tərəfindən maliyyələşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı və Ekvita Konsaltinq şirkəti tərəfindən icra edilən “Məşğulluğa Dəstək Layihəsi” üzrə təlimlər keçirilir.

Təlimlər Masallı rayonunda özünəməşğulluq fəaliyyətini qurmaq istəyən 18 nəfər vətəndaş üçün təşkil edilmişdir. Təlimlərdə qazilər, şəhid ailəsi üzvləri həmçinin digər şəxslər iştirak edir.

Təlimlərdə iştirak edənlər broyler-inkubator, mebel istehsalı, kiçik dəmirçi sexi, dülgərlik və s. sahələrdə avadanlıqların əldə edilməsi üçün biznes təlimləri keçib, daha sonra biznes plan hazırlayıb təqdim edəcəklər.

Təlimləri Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi Rafət Şirəliyev aparır.
Keçirilən təlimlər 07-17 dekabr tarixinədək davam edəcəkdir

Keçidlər