Masallıda Azərbaycan milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız
08 fevral 2013-cü il tarixdə saat 10:00-da Masallı rayon Gənclər Mərkəzində Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə rayon gənclərilə görüş keçirilmişdir. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq əvvəlcə tədbir iştirakçıları salamladı. Sonra çıxış edərək bilidirdi ki, Azərbaycan şəhidlərinin, döyüş iştirakçılarının, eləcə də Qəhrəmanlarının keçdiyi şərəfli yol göstərir ki, xalqımız heç vaxt qorxunun köləsi olmaq fikrində olmayıb və olmayacaq!
Hal –hazırda Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına 200 nəfərdən artıq vətən övladı daşıyır. Bu qəhrəmanlardan əksəriyyəti düşmənə qarşı aparılan döyüşlər zamanı şəhid olmuşlar. Məhz buna görə də Azərbaycanda Qəhrəmanlıq şüuru, Qəhrəmanlıq zəkası daha qüdrətli, daha yenilməz səviyyədə formalaşdırılmalıdır.
Sonra “Vətənpərvərlik Klubu”nun rəhbəri Cəmaləddin Məmmədov,Əhmədov Tural , Cəfərov Murad və başqaları çıxış edərək bildirdilər ki, qəhrəmanlıq duyğusu daim, təbliğ olunmalı və yetərincə alqışlanmalıdır ki, xalqımızın mübarizə əzmi daha da qüvvətlənsin. Çünki məhz mübarizə ruhu və məsuliyyət şüuru torpaqlarımızın xilasında həlledici mənəvi- psixoloji dəyərlərdən biri kimi ciddi rol oynayacaq.