Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı qrafikə uyğun olaraq yanvarın 15-də Masallı rayon Boradigah qəsəbə bələdiyyə sarayında keçirilmişdir.
Boradigah qəsəbə bələdiyyə sarayında təşkil olunmuş hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
Əvvəlcə Boradigah qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Ələkbər Cəfərov hesabat məruzəsi ilə çıxış etmişdir.
Ə. Cəfərov bildirmişdir ki, ötən illərdə olduğu kimi yola saldığımız 2015-ci ildə də müstəqillik tariximizin yaddaşına yazıldı. Dünyada iqtisadi, siyasi, hərbi böhranın dərinləşməsinə baxmayaraq ölkəmizdə əvvəlki illərdə olduğu kimi, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkəmiz dinamik inkişaf etmiş, bu sosial-iqtisadi həyatda nəzərə çarpan müsbət irəliləyişlər olmuşdur. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş düzgün iqtisadi siyasəti nəticəsində iqtisadi artım təmin edilmişdir. Bunun nəticəsidir ki, hesabat ilində “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilmiş, bölgələrdə yüzlərlə sosial-iqtisadi obyektlər istifadəyə verilmiş, heç bir layihə icrasız qalmamışdır.
Bunu rayonumuzun timsalında da görmək olar. 2015-ci ildə rayonu-muzda tikinti-quruculuq işləri aparılmış, xəstəxanalar, məktəblər, uşaq bağçaları müasir qaydada əsaslı təmir edilmiş, tibb məntəqələri tikilərək istifadəyə verilmişdir. Rayonun ən ucqar kəndlərinə qaz xətti çəkilmiş, mərkəzi yollar asfaltlaşdırılmış, bu işlər bu gün də davam etdirilir.
Rayonumuzun ayrı-ayrı ərazilərində görülən işlərlə yanaşı Boradigah qəsəbə ərazisində də uzun illərdən bəri sakinləri narahat edən bir çox problemlər həll edilmişdir.
Bütün bu görülən işlərə görə qəsəbə sakinləri adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı, problemlərimizin həllinə yaxından köməklik göstərən rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynova öz dərin təşəkkürümüzü bildiririk.
Boradigah qəsəbə inzibati ərazi dairəsi, mərkəzi Boradigah qəsəbəsi olmaqla Boradigah qəsəbə, Mollaoba və Babaser yaşayış məntəqələrini əhatə edir. Ərazisi 2736 hektar, təsərrüfatların sayı 2683, əhalisinin sayı 11535 nəfər və 6 ümumi yaşayış evi olmaqla bərabər 2214 ev vardır.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində 59 sərəncam verilmişdir. Verilən sərəncamlara əsasən ərazinin sosial-iqtisadi inkişafı, vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması, hər il yanvarın 1 vəziyyətinə təsərrüfatbaşına kitabların dürüstləşdirilməsi, tarixi gün və bayramların qeyd edilməsi, kütləvi tədbirlərin keçirilməsi, qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması və digər məsələlər barədə olmuşdur.
Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir. Belə ki, ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri, 20 yanvar faciəsinin ildönümü, 26 Fevral Xocalı soyqırımı və digər tarixi gün və bayram günləri qeyd edilmişdir.
Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında” təlimata və iş nomenklaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
Nümayəndəliyə 2015-ci ildə müxtəlif təşkilatlardan 39 sənəd-məktub daxil olmuşdur. Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmuş, daxilə ştampı vurularaq qeydiyyata alınmışdır. Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış, cavablandırılması tələb olunan sənəd-məktubların icrası vaxtında təmin edilmiş, icra barədə yekun arayış yazılmışdır.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun tələbləri səviyyəsində baxılmasına daima səy göstərilmiş, müraciətlərə həssaslıqla yanaşılmışdır.
2015-ci il ərzində nümayəndəliyə vətəndaşlardan 12 yazılı və 89 şifahi müraciət daxil olmuşdur. Bir qayda olaraq bütün müraciətlərə vaxtında cavab verilmiş, müddət pozulmasına yol verilməmişdir. Nümayəndəliyə daxil olan şifahi müraciətlər əsasən 23-30 oktyabr 2015-ci il tarixlərində yağan leysan yağışları nəticəsində həyətləri və evləri su basması, elektrik dirəklərinin dəyişdirilməsi, ünvanlı sosial yardım, torpaq və digər məsələlərlə əlaqədar olmuşdur. Daxil olan müraciətlər əsasında Boradigah qəsəbə ərazisi üzrə 2 ədəd elektrik dirəyi dəyişdirilmiş, 12 nəfərin ünvanlı sosial yardım almasına köməklik edilmiş, 23-30 oktyabr 2015-ci il tarixlərində yağan leysan yağışları nəticəsində su basma ilə əlaqədar müraciətlər yerində araşdırılmış, akt tərtib olunaraq FHN-nın Cənub Regional şöbəsinə göndərilmiş, digər mübahisəli müraciətlər ağsaqqalların və ziyalıların köməkliyi ilə həll edilmişdir.
2015-ci ildə Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ərazidə 2 dəfə vətəndaşlarla səyyar görüş keçirmiş və həmin görüşdə 483 nəfərdən artıq vətəndaş iştirak etmiş, 15 nəfər çıxış edərək, 18 təklif irəli sürülmüşdür. Qaldırılan bütün məsələlərə operativ baxılmış, təkliflərin icrası demək olar ki, təmin edilmiş, həllini tapmamış müraciətlər rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tərəfindən nəzarətə götürülərək, Dövlət Proqramına salınması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Müraciətlərin icrası barədə vətəndaşlara məlumat verilmişdir.
Boradigah ərazisinin vətəndaşları tərəfindən 2015-ci ildə yuxarı rəhbər orqanlara 95 müraciət ünvanlanmışdır, bunlardan 42 müraciət Prezident Adminstrsiyasına, 3 müraciət Nazirlər Kabinetinə, 1 müraciət Milli Məclisə, 6 müraciət Baş Prokurorluğa, 3 müraciət FHN-ə, 2 müraciət OMBUSMANA, 2 müraciət Müdafiə Nazirliyinə, 1 müraciət Kənd Təsərrüfatı Nazirliyinə və 35 müraciət rayon İcra hakimiyyətinə ünvanlanmışdır. Prezident Administrasiyasına ünvanlanmış 42 müraciətlərdən 34 müraciət təkrar olmaqla 5 nəfər tərəfində ünvanlanmışdır. 2015-ci ildə Boradigah qəsəbə ərazisi üzrə 35 nəfər rayon İcra hakimiyyətində qəbulda olmuşdur. Bundan maddi köməkliklə bağlı 5, ÜSY-la bağlı 8, su basması ilə bağlı 5, aliment ala bilmədiyi ilə bağlı 2, böhtan atılması ilə bağlı 2, evlərin qəzalı vəziyyətdə olması ilə bağlı 3, müxtəlif səpkidə 11 müraciətdən ibarət olmuşdur. Bütün müraciətlərə aidiyyatı üzrə baxılmış, rayon icra hakimiyyətinin başçısının qəbulunda olan vətəndaşların haqlı müraciətləri dərhal həll edilmiş, bəzi müraciətlərlə bağlı vətəndaşlara lazımi tövsiyələr verilmiş, haqsız müraciətlərin isə qanunauyğun olaraq tənzimlənməsinə cəhd göstərilmişdir. Buna baxmayaraq belə müraciətlər bu gün də davam edir ki, bu da ərazimizin imicinə böyük təsir göstərmiş olur.
Boradigah qəsəbə ərazisində üç tam orta məktəb, bir ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 1492 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 118 müəllim məşğul olur.
Nümayəndəlik tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi daima diqqət mərkəzində saxlanılmış və bu sahədə məktəb rəhbərliyinə yaxından köməklik göstərilmişdir.
2014-2015-ci tədris ilində məktəblər üzrə 118 məzun buraxılmışdır. Həmin məzunlardan 24 nəfər ali məktəbə, 7 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ən yüksək nəticəni Mollaoba kənd tam orta məktəbi göstərmişdir. Məktəbdə 27 məzundan 10 məzun ali məktəbə daxil olmuşdur. Hesabat ilində ərazi nümayəndəliyi tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə, tədrisin keyfiyyətinə nəzarət olunmuşdur. Məlum olmuşdur ki, bütün məktəblərdə yuxarı sinif şagirdləri dərslərdə az iştirak edirlər. Xüsusən, qızlarımız dərsə davamiyyətdə fasilələrə yol verirlər. Məktəb müəllimləri, sinif rəhbərləri öz məsuliyyətlərini artırmalıdırlar. Məktəblərimizdə vətənpərvərlik tərbiyəsi zəifdir. Hər bir məktəb rəhbərliyi və müəllimlər bu sahədə öz işlərini gücləndirməlidirlər. Şagirdlərin əxlaqı və mənəvi dəyərlərimizə daha mükəmməl yiyələnməsi üçün daha ardıcıl işlər görülməlidir. Hər bir müəllim bilməlidir ki, bu gün orta məktəblərin əsas vəzifəsi ali məktəblərə daxil olan şəxs yox, hərçənd ki, bu da vacibdir, əsil vətəndaş yetişdirməkdir. Mən bu gün valideynlərdən xahiş edərdim ki, məktəbdən şagirdlərin yayınmasına yol verməsinlər. Məktəblərdə bir qayda olaraq 1-9-cu siniflərdə davamiyyət yaxşıdır, şagirdlər dərsə vaxtlı-vaxtında gəlirlər, amma yuxarı siniflərdə bunu demək olmaz. Bu sahədə də ciddi nöqsanlarımız vardır, çalışacağıq ki, bu məsələni pedaqoji kollektivin, ağsaqqalların köməkliyi ilə aradan qaldıraq.
Boradigah qəsəbəsində fəaliyyət göstərən 15 çarpayılıq xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Xəstəxanada 51 nəfər tibb personajı çalışır. Onlardan 16 nəfəri ali təhsilli həkimdir. Xəstəxanada doğuş, terapiya, uzi, laboratoriya, rentgen şöbələri fəaliyyət göstərir. Xəstəxana işçiləri tərəfindən məktəblərdə 1-ci sinifdən 6-cı sinfə qədər olan uşaqlarda qurd xəstəliyinə qarşı dərman verilmiş, yeni doğulmuş uşaqlara yaşa uyğun polimelit, difteriya-tetanus, göyöskürək-hib, qızılca xəstəliklərinə qarşı profilaktik peyvəndlər aparılmışdır. Ümidvarıq ki, bundan sonra da həkimlərimiz əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar. Bunu da qeyd etməliyəm ki, 2015-ci ildə Boradigah xəstəxanasında həmçinin Masallı rayon xəstəxanasında “Qan vermə” aksiyası keçirilmiş, ərazi sakinləri bu tədbirdə könüllü olaraq mütəşəkkil iştirak etmişdir. Nümayəndəliyin əsas vəzifələrindən biri də gənclərin həqiqi xidmətə çağırışının mütəşəkkil həyata keçirilməsidir. Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə, onların orduya çağırışına xüsusi diqqət edirik. 2015-ci ildə ərazimiz hərbiyə çağırışda heç bir nöqsana yol verməmışdır. Gənclərimiz də böyük həvəslə Azərbaycan ordusunda xidmətə gedirlər. 2015-ci ildə həqiqi hərbi xidmətə 145 nəfər çağırılmış, ondan 26 nəfəri hərbi xidmətə getmişdir. 2015-ci ildə olan çağırışçılardan 4 nəfəri Bakı şəhərində, 20 nəfər qeydiyyata alınmamış, 35 nəfər təhsil almağı üçün möhlət hüququ vardır. 1 nəfər məhkum olunmuş, 30 nəfəri isə Rusiya Federasiyasında olduğundan orduya getməmişlər. Tərəfimizdən həmin şəxslər müəyyənləşdirilmiş və aidiyyatı üzrə tədbir görülməsi üçün rayon Çağırış və Səfərbərlik Komissiyasına akt təqdim edilmişdir.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü də bir sıra əlavə tədbirlər həyata keçirir. Bu məqsədlə, hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilir. Turnirdə ətraf kəndlərin komandaları da dəvət olunur. Qaliblərə rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və xeyriyyəçilər tərəfindən pul mükafatları verilir. Demək olar ki, bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğat işləri və söhbətlər aparılır, çalışırıq ki, gənc nəsil əsil Azərbaycan vətəndaşı kimi yetişsin.
Boradigah qəsəbə inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Ailə Məcəlləsinə” əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparmışdır. 2015-ci ildə nümayəndəlikdə 41 nigah, 150 doğum və 53 ölüm faktı qeydiyyata alınmışdır. Verilən doğum və ölüm şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki, bu da doğum və ölüm haqqında verilən tibbi arayışın vətəndaşlar tərəfindən nümayəndəliyə vaxtında verilmədiyi ilə bağlı olmuşdur. Nümayəndəlik tərəfindən Milli genefonumuzun qorunmasından ötrü ailə quran gənclərin tibbi müayinədən keçməsi üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır. Əfsuslar olsun ki, bəzi vətəndaşlar istər qız, istər oğlan tərəfi övladlarının tibbi müayinədən keçmədən nişanlanmasına qərar verirlər. Bu da gələcəkdə baş verə biləcək ailə və uşaq problemlərinin yaranmasına zəmin yaratmış olur.
Son illərdə ərazidə azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilmişdir. Dəfələrlə bütün tədbirlərimizdə bu vacib məsələyə toxunmuşuq və valideynlərin öz övladlarını erkən nigaha girməyi tələb etməklə bunun arzu olunmaz fəsadlara gətirib çıxarması nəzərlərinə çatdırılmışdır. Bunun nəticəsində ərazidə belə hallar demək olar ki, müşahidə olunmur.
2015-ci ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki, ərazimizdə zəbt olunmuş torpaqlar və payıbəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. 33 zəbt edilmiş torpaq və 27 payıbəlli torpaq sahəsində tikilən evlər barədə müvafiq sənədlər hazırlanmış və aidiyyatı təşkilatlara göndərilmişdir. Görülən tədbirlər nəticəsində 2015-ci ildə pay torpaqlarında qanunsuz fərdi yaşayış evlərinin tikintisi müşahidə olunmamışdır.
Boradigah qəsəbə ərazisində “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq kommunal xidmətin təşkili üçün müəyyən işlər görülmüş, lakin bu sahədə hələ cox işlər görülməlidir. Boradigah bələdiyyəsi bu məqsədlə təsərrüfatların müəyyən hissəsi ilə müqavilə bağlamışdır.
Ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur. Bizim əlbir işimiz nəticəsində qəsəbə üçün böyük bir zibil paliqonu yaradılmış, istirahət mərkəzi tikilmiş, əhalini narahat edən su ötürücü kanalların təmizlənməsi və yolların təmir edilməsi birgə həyata keçirilmişdir. Ümumilikdə yerli əhəmiyyətli məsələlər nümayəndəliklə bələdiyyənin birgə fəaliyyəti nəticəsində öz həllini tapır. 2015-ci ildə Boradigah-Qumbaşı yolu kənarında ağaclar əkilmiş və bu ağacların qorunması üçün dəmir məftillər çəkilmişdir. Bu işə artıq 3 ildir ki, başlanılmış, 2015-ci ildə isə ərazidə 100 ədəd küknar şamı əkilmişdir. Əvvəlki illərdə əkilən ağaclar tam şəkildə qorunduğundan onlar artıq lazımınca inkişaf etmişdir. Bu işdə xeyriyyəçilər də öz köməkliklərini etmişlər.
Qəsəbənin Babaser kəndində 1000 metr küçə asfaltlaşdırılmış, qaz və elektrik təsərrüfatında təmir işləri aparılmış, xətləri, işıqlandırma sistemləri yenidən qurulmuşdur. Azərbaycan Kənd İnvestisiya Layihəsi və icma tərəfindən Babaser kəndində 4250 metr kənd ara yol təmir olunmuş, qəsəbənin S.Vurğun, S.Zülfüqarov və C.Cabbarlı küçələrində təmir işləri aparılmış, Boradigah qəsəbə, Mollaoba və Babaser kəndlərində rayon icra hakimiyyəti tərəfindən verilmiş texnika ilə su ötürücü kanallar təmizlənmişdir.
Qeyd etmək lazımdır ki, payız-qış aylarında yağan intensiv yağışlar nıəticəsində baş verən daşqınlar zamanı Boradigah ərazisi çay yatağının və su ötürücü kanalları hər il təmizlənməsinə baxmayaraq su basma halı ilə üzləşir. Buna da əsasən səbəb mərkəzi su ötürücü kanalların yaşayış massivindən keçən hissəsində vətəndaşlar tərəfindən tutularaq həyətyanı torpaq sahələrinin sərhədləri daxilinə salınaraq daş hasarların çəkilməsidir.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1 mədə-niyyət evi, 1 klub və 2 kitabxana fəaliyyət göstərir. Boradigah qəsəbə mədəniyyət evi qəsəbədə o cümlədən rayon ərazisində keçirilən tədbirlərdə həmişə iştirak edirlər. Qəsəbədə mədəniyyət evində 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü və Yeni il bayramı təntənəli surətdə qeyd olunmuşdur.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlində yuxarıda qeyd olunduğu kimi, 2736 ha torpaq sahəsi vardır. Əsas torpaqlar kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olan 17 fermerin əlində cəmləşib. Boradigah qəsəbə ərazi nümayəndəliyində 2784 baş iri buynuzlu mal-qara bundan 1162 baş ana mal, 3602 baş xırda buynuzlu mal-qara vardır. Sahə baytar həkimləri tərəfindən ərazidə vaxtlı-vaxtında mal-qara arasında müxtəlif heyvan xəstəliklərinə qarşı dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılır. Amma əkinçilik demək olar ki, unudulub. Hər il ərazimizdə 100 ha-dan artıq taxıl əkilir ki, bu da lazımi effekti vermir. Çünki, ərazimiz vaxtilə tərəvəzçilik sahəsində ixtisaslaşmışdır. Bu gün Boradigah ərazisində təqribən 800 ha-dan artıq əkinə yararlı torpaq vardır. Əgər onlardan düzgün istifadə edilərsə, vətəndaşlarımız böyük fayda götürə bilərlər.
Respublikamızda sahibkarlığa yaradılmış münbit şərait nəticəsində sahibkarlıq sürətlə inkişaf edir. Ərazimizdə 172 sahibkarlıq obyekti vardır. Qəsəbədə 2 şadlıq evi, 2 taxta satışı məntəqəsi, 2 yanacaqdoldurma və 1 qazdoldurma məntəqələri, 4 müasir tipli restoran, 1 mebel evi fəaliyyət göstərir. 2015-ci ildə 2 sahibkarlıq obyekti açılmış orada da 12 nəfər işçi işlə təmin olunmuşdur. Sahibkarlıq obyektlərinin sahibləri ərazimizdə olan ictimai, siyasi və iqtisadi proseslərdə fəaliyyət göstərirlər. Amma onlar qəsəbəmizin abadlıq-quruculuq işlərində daha fəal iştirak edə bilərlər və etməlidirlər.
Boradigah qəsəbə inzibati ərazi dairəsində elektron ATS, Postamt da fəaliyyət göstərir. Onların nümayəndələrinin işindən əhali razılıq edir. La-kin rabitə xidmətində müəyyən işlər görülməlidir. O da ondan ibarətdir ki, rabitə xətləri olduqca köhnəlmiş və telefon dirəklərinin əksəriyyəti yararsızdır. Bu da tez-tez telefon xətlərinin qırılması ilə nəticələnir.
2015-ci ildə gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, Mollaobadan başlayaraq Boradigah qəsəbəsinin sonuna qədər olan təzə yaşayış sahəsi şoran yer olduğu üçün vətəndaşların içməli suya olan ehtiyacının ödənilməsi üçün tədbirlərin görülməsi, Boradigah qəsəbə 2 saylı tam orta məktəbin yeni binasının tikilməsi, uşaq bağçasının tikilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və smart tipli elektrik sayğaclarının quraşdırılması, qəsəbənin küçə yollarının təmiri qarşıda duran vəzifələrimizdəndir.
Göründüyü kimi ərazimizdə müəyyən işlər görülsə də görüləsi işlərimiz də çoxdur. Çalışacağıq ki, 2016-cı ildə qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələk.
İcazə verin sizləri əmin edim ki, Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik bundan sonra da öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsinə səylə çalışacaq, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, rayon İcra hakimiyyəti başçısının əmr, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin vaxtında layiqincə həyata keçirilməsinə nail olaq.
Hesabat yığıncağında iştirak edən Boradigah qəsəbə Ağsaqqallar Şurasının sədri Balağa Hacıyev, sahibkar Əli Muxtarov, Ağasadıq Manafov və başqaları çıxış edərək 2015-ci ildə Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fəaliyyətini müsbət qiymətləndirmiş və 2016-cı ildə cari məsələlərin müsbət həll olunmasına ümid etdiklərini bildirmişlər
Hesabat yığıncağında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2015-ci ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artdığını vurğulamışdır.
Natiq bu ildə Boradigah qəsəbəsində insanların rifah halının yaxşılaşdırılması və mövcud problemlərin həll olunmasında inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətində dönüş yaradacağına inandığını bildirərək bu işdə onlara uğurlar arzulamışdır.