Masallı güləşçiləri bir gümüş, bir bürünc medal qazandı
13 dekabr 2021 | 16:00
Masallı güləşçiləri Azərbaycan Çempionatında bir gümüş, bir bürünc medal qazandı
07-09 dekabr 2021-ci il tarixlərində Bakı şəhərində sərbəst güləşi idman növü üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatında Masallı idmançıları yüksək nəaliyyətlər əldə edib.
Qeyd edək ki, Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin, məşqçi-müəllimi Təhməsib İsayevin yertirmələri Rahid Həmidli (125 kq) dərəcəsində ikinci, Zəfər Əliyev isə (97 kq) çəki dərəcəsində üçüncü yerin sahibi olub.