Masallıda tərəvəz istehsalı
Masallıda indiyədək 55 min tondan çox tərəvəz istehsal olunub
Bu il Masallı rayonunun torpaq mülkiyyətçiləri 2001.3 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 2001.3 hektar sahənin məhsulu yığılıb, 55 min 704.8 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 278.3 sentner təşkil edir.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 9846.2 ton xiyar, 17277.6 ton pomidor, 516.0 ton kələm, 2083.7 ton baş soğan, 1300.2 ton sarımsaq və 24681.1 ton digər tərəvəz məhsulları istehsal olunub.
Fermerlər indiyədək sahələrdən 15530.8 ton kartof, 4563.5 ton bostan məhsulları yığıblar.