“Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri
15.12.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhid Əfqan Mirzəyev adına Qızlavar kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Qızlavar kənd tam orta məktəbinin Direktoru Lətifə Qənbərova, çıxış edərək tədbir iştirakçıları və gələn qonaqları salamlayıb və sonra isə Vətən uğrunda Şəhid olmuş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış üçün ilk söz Masallı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Elvin Əzimova verilib. Elvin Əzimov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün "Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır
Sonra isə Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru polis baş leytenantı, Samid Əliyev, əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında danışıb və acı təsirləri barədə videoçarxı şagirdlərə, təqdim edib.
Daha sonra çıxış edən Masallı rayon İcra Hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Zamin Məmmədov , Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinin rəisi ,polis mayoru Pərviz Məmmədov , DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Təhsil Şöbəsinin əməkdaşı Qoşqar Hətəmov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Tədbirin sonunda Masallı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Elvin Əzimov , məktəb şagirdlərinin və valideyinlərin mövzü ilə bağlı suallarını cavablandırıb