Kamil Əliyev - 100
Masallı Tarix -Diyarşünaslıq Muzeyində Kamil Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirildi.
15 dekabr tarixində Masallı Tarix -Diyarşünaslıq Muzeyin də Azərbaycan xalça, rəssamlığı sənətinin görkəmli nümayəndəsi ,xalq rəssamı ,professor Kamil Museyib oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirildi.Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə xalçaçı Tünzalə Abuzərova ,Masallı rayon Uşaq Gənclər inkişaf mərkəzi,Masallı Regional Kollecin müəllim və tələbələri və mədəniyyət nümayəndələri iştirakçı oldular.
Muzeyin direktoru Əntiqə Tağıyeva vətən uğrunda canından kecən şəhidlərimizin və xalçaçı-rəssam Kamil Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, tədbiri açıq elan etdi.Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam sənətə və sənətkarlara verilən yüksək dəyərin göstəricisi olduğunu,Azərbaycan xalq tətbiqi sənəti beynalxalq səviyyədə layiqincə təbliğ olunaraq inkişaf etdiyini söylədi.
Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva məruzəsində
Azərbaycan xalçaçılıq sənətinin klassik,rənglər və ilmələr sehrkarı Kamil Əliyevin həyat və yaradıcılığı haqqında ,yaradıcılığında sujetli xalıların , portret xalçaların yaradılmasından və onun dekorativ tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran ,dünyada tanınan sənətkar xalçaçı olduğundan bəhs etdi.
Kamil Əliyevin tələbəsi və onu özünə sənətin atası kimi görən Tünzalə Əliyeva Kamil Əliyevlə bağlı xatirələrini bölüşərək Masallıda yaradılan Xalça toxuma sexinin yaradılması və xalçaçı olaraq Kamil sənətindən bəhrələndiyindən bəhs etdi.
Daha sonra Təhmasib Məcidov Kamil Əliyevin sənətinə baxaraq xalça sənəti haqqında məllumat əldə etdiyimizi,usdad işığına yığışaraq onun nurundan bəhrələndiyimizi,gənclərimizin mədəni sahələrdə daha aktiv olmaqlarını tövsiyə etdi.
Sonda xalça sənətini öyrənən T.Abuzərovanın şagirdi gənc xalçaçı Zilan İbadovaya təşkilatçılar tərəfindən hədiyyə təqdim olundu.
Tədbir sonunda iştirakçılar Kamil Əliyev yaradıcılığı ilə bağlı təşkil olunan sərgiyə baxış keçirərək ,xatirə şəkilləri çəkdilər.