Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

16 yanvar 2016 | 16:00

16 yanvar 2016-cı il tarixdə Masallı rayonu Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında Masallı rayon İcra hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yunis Ağayevin “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
Y. Ağayev hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, hazırda dünyada davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq hamımızın doğma vətəni olan Azərbaycanda 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq,Respublikamızda olduğu kimi rayonumuzda da geniş abadlıq quruculuq işləri davam etdirilir.Rayonumuzda 2015-ci ildə tarix diyərşunaslıq müzeyi,uşaq incəsənət məktəbi,bayraq neydanı tikilmiş,su kanalizasiya sistemi qurulur,hazırda Çayqıraq,Zuvandlı,Şatroba kəndlərində həmçinin ərazimizin Dəlləkoba kəndində yeni məktəb binası tikilməkdədir.Rayonumuzun demək olar ki,bütün yaşayış məntəqələri qazlaşdırılmış,bu iş bu gün də davam etdirilir.Görülən işlərə görə hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı və RİHB-ı cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk.
Qızılavar İnzibati Ərazi dairəsi mərkəzi Qızılavar kəndi olmaqla, Qızılavar və Dəlləkoba kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 837 ha. əhalisi 4089nəfər, təsərrüfatların sayı 1133 olmaqla 724 yaşayış evi vardır.2015-ci ildə əhalinin artımı 37 nəfər,tikilmiş evləri sayı 2,yaranmış təsərrüfatların sayı 11 olmuşdur.Ərazidə qeydiyyatda olan 6 yaşa qədər əhalinin sayı 333 nəfərdir,onlardan 220 nəfəri ərazidə,32 nəfəri Respublikanın digər şəhər və rayonlarında,81 nəfəri isə xaricdə yaşayanlardır,6 yaşdan 18 yaşa qədər qeydiyyatda olanların sayı 696 nəfərdir,onlardan 495 nəfəri ərazidə,36 nəfəri Respublikanın digər şəhər və rayonlarında,165 nəfəri isə xaricdə yaşayanlardır,18 yaşdan yuxarı olanların sayı 3060 nəfərdir,onlardan 2213 nəfəri ərazidə,95 nəfəri Respublikanın digər şəhər və rayonlarında,752 nəfəri isə xaricdə yaşayanlardır.
Masallı rayon İcra Hakimiyyəti Başçısının Qızılavar kənd ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəlik tərəfindən səlahiyyətləri çərçivəsində 72 sərəncamın icrasından ötrü tədbirlər planı hazırlanmışdır.
Təsdiq olunmuş tədbirlər planı əsasında ərazidə nümayəndəlik tərəfindən tarixi gün və bayramlar xüsusi qeyd olunmuşdur.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 yanvar faciəsinin ildönümü,26 fevral Xocalı soyqırımı və digər tarixi gün və bayram günləri qeyd edilmişdir.
Nümayəndəlik tərəfindən sərəncamlardan irəli gələn vəzifələrin müsbət həll olunmasına daim səy göstərilir. Xüsusi qeyd etmək lazımdır ki, qanunsuz tikililərin, azyaşlı qızların erkən ailə qurmasının qarşısının alınması, qanunçuluğun qorunması, gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı verilmiş sərəncamların icrası daim diqqət mərkəzində saxlanılaraq həyata keçirilməsi təmin edilmişdir.
Nümayəndəlik ərazidə fəaliyyət göstərən Bələdiyyə ilə qarşılıqlı fəaliyyəti qanunçuluğun qorunmasını təmin edir. İşlərini səmərəli quraraq yerli əhmiyyətli məsələlərini birgə həll edirlər. Ərazidə kommunal xidmətinin təşkili bərk məişət tullantıların yığılması və daşınması, abadlaşdırma və yaşıllaşdırma işləri görülmüşdür. Məişət tullantılarının daşınmasından ötrü vətəndaşlarla və ərazidə fəaliyyət göstərən sahibkarlıq obyektləri ilə 88 müqavilə bağlanmış, tullantıların daşınması təmin edilir. Bu sahədə aparılan işlər davam etdiriləcəkdir.
Nümayəndəlik tərəfindən ərazidə olan fərdi yaşayış evlərin təsərrüfat başına uçot kitabları, habelə təsərüffat üzvləri və müvəqqəti yaşayan şəxslərin hər il yanvarın 1 vəziyyətinə dəqiqləşdirilməsi aparılır. Bu məlumatlar əsasında 2015-ci ildə Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçki siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilər dürüstləşdirilmiş, respublikadan kənarda olan seçicilər müəyyən edilmişdir.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası qanununun tələbləri səviyyəsində baxılmasına daim səy göstərilmiş,müraciətlərə həssaslıqla yanaşılmışdır. Ərazi nümayəndəliyində vətəndaşlardan daxil olan təklif,ərizə və şikayətlərə Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində baxılmış,daxil olan müraciətlərin vaxtında həll edilməsinə səy göstərilmişdir.
2015-ci ildə yuxarıda rəhbər orqanlarına 10 müraciət olmuşdur.Müraciətlərin Azərbaycan Respublikasının Prezident Administrasiyasına 8,Milli Məclisə 1, 1 müraciət Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya ünvanlanmışdır.
Qızılavar kənd sakini Əsədov Ağaddin Cəmiyyət oğlu 2014-cü ildə keçirilən Bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Administrasiyasına 2 dəfə müraciət etmiş ona izah edilmişdir ki,seçkilər tam şəffav və demokratik keçirilmişdir.
Qızılavar hənd sakini İsayev Laçın Aslan oğlu Prezident Administrasiyasına 1-ci dəfə müraciətində izah olunmuşdur ki,onun evinin damını təmiri üçün vəsaitimiz yoxdur,özünün anasının və həyat yoldaşının maddi durumu normaldır onlara evin təmir üçün əlavə vəsaitin ayrılması məqsədə uyğun deyildir.
Qızılavar kənd sakini Sadıqov Elvar Eldar oğluna cənab Prezidentə və Azərbaycan Raspublikasının birinci xanımı Mehriban Əliyevaya ünvanlandığı məktubla əlaqədar deyilmişdir ki,anası təqaüt alır həmdə xəstəxanada işləyir.Həmçinin Elvar Sadıqov özəl şirkətdə işləyir,300 manatdan artıq məvacib alır.Onların həyətyanı və pay torpaqlarıda vardır.Maddi durumları yaxşıdır.Banklarda götürdüyü borcların verə bilməməsi üçün əsas yoxdur.
Qızılavar kənd sakini Ağacanov Həsənağa İzzət oğlu Azərbaycan Respublikasına Prezident Administrasiyasına ünvanladığı məktubda evinin yanması barədə kömək göstərilməsi üçün müraciət etmişdir.
Qızılavar kənd sakinləri və Masallı RİHB-nın başçısı tərəfindən ona maddi köməkliklər göstərmiş və evi yenidən tikilmişdir.
Qızılavar kənd sakini Əzizov Sahil Xanqulu oğlu AR Prezident Administrasiyasına ünvanladığı şikayət ərizəsində qonşusu Cəfərov Vaqif Daxıl oğlu tərəfindən yolun tutulması ilə əlaqədar şikayət etmişdir.Vətəndaşın ərizəsi araşdırılmış və onun yolunun bərpası təmin edilmişdir.
Bakı şəhər sakini Xəlilov Asif Qubad oğlu AR Prezident Administrasiyasına ünvanladığı ərizədə qardaşları arasında olan çəpər mübaisəsi ilə əlaqədar rayon Torpaq şöbəsinin müdüri Habil Hadiyev barədə narazılıq etmişdir. Həmin şikayət ərizəsi Masallı rayon Polis şöbəsi və digər təşkilatlar tərəfindən araşdırılmış qardaşlar arasında torpaq sərhədlər müəyyənləşdirilmişdir.
2 sentyabr 2015-ci il tarixdə Masallı RİHB-nın başçısı cənab Rafil Hüseynovun Kənd sakinləri ilə görüşündə 7 nəfər çıxış etmiş,2 minnətdarlıq,6 təklif irəli sürülmüşdür.5 təklif həllini tapmış,1 təklif isə nəzarətə götürülmüşdür.Kənd sakini Mirzəki Kazımov,Azadxan Paşayev ərazidə görülmüş işlərə görə cənab başçıya minnətdarlıqlarını bildirmişlər.Əhmədəli Əkbərov oğlu Zahid Əkbərova sosial yardım verilməsi,Hüseynbala Quliyev Elektirik dirəyinin dəyişdirilməsi,Mirzə Rəhimov qaz sayğacının nasaz olması,Səlahəddin Heybətov Masallı Boradigah şosse yolun ətraf kənarlarında səkilərin düzəldilməsi,Azadxan Paşayev ərazidə olan Elektirik transformatorun dəyişdirilməsi, Səxavət Qurbanov su kanallarının qazılması, Təzəkənd kəndinin yaxınlığında yerləşən torpaqların hamarlanması ilə bağlı olmuşdur. 1 müraciət nəzarətdə saxlanılmaqla digər bütün müraciətlər həll olunmuşdur.
Bildiririk ki,Masallı RİHB-nın Qızılavar kən İ/Ə dairəsinə 2015-ci ildə vətəndaşlar tərəfindən 12 ərizə iıə müraciət olunmuşdur.Onlardan təssərüfatların ayrılması ilə bağlı 11 ərizə daxil olmuşdur.1ərizə isə iş stajının dəqiqləşdirilməsi ilə bağlı vətəndaşa ərazi nümayəndəliyində izah olunmuşdur ki,o Masallı rayon Dövlət arxivinə müraciət etsin.
2015- ci ildə vətəndaşlar 31 dəfə ərazi nümayəndəsinin qəbulunda olmuşlar.Vətəndaşların müraciəti torpaqla bağlı 4,yolla bağlı 1,çəpərlə bağlı 3,ailə münaqişəsi ilə bağlı 1,elektiriklə bağlı 5,yardımla bağlı 3,təbii qazın zəif olması ilə bağlı 4,antisanitariya ilə bağlı 2,həyətini su basması ilə bağlı 6,evin qəzalı vəziyyətdə olması ilə bağlı 1,əməkm stajı ilə bağlı 1 müraciət olmuşdur.
Belə ki,Ağayev Xanəli Şirəli oğlu,Qasımov Fariz Qiyas oğlu,Bayramov Balakişi Hümmət oğlu,Fətullayev Əlixeybər Nübüvvət oğlu təbii qazın zəif olması ilə bağlı,Elektirik enerjisi ilə bağlı Əliyev Talıb Rəfail oğlu,Fərziyev Səxavət Şücayyət oğlu,Ağayev Yadigar Musa oğlu,Əliyeva Yeganə Cəfər qızı,Antisanitariya ilə əlaqədar Nəsirov Güləsən Yəhya oğlu,Xəlilov Cavid Şükür oğlu,Həyətlərini su basması ilə bağlı Ağayev Bəhruz Canəli oğlu,Qənbərov İffət Sərxoş oğlu,Rəhimov Mirzə Əbülfəz oğlu,Mirzəyev Abbas Tərlan oğlu,Qənbərov Elməddin Adil oğlu,Kişiyev Əkbər Kişi oğlu,Torpaqla bağlı Qurbanov Səvaqət İman oğlu 2 dəfə,Lətifov Heydər İsrafil oğlu,Zərbiyev Sənan Vəzir oğlu,yolla bağlı Lətifov Eldar Hilal oğlu,Çəpərlə bağlı Dünyamaliyev Nazim Qabil oğlu,Şərifova Gülnarə Şərif qızı,Mirzəyev Faiq Ulduz oğlu.Evinin qəzalı vəziyyətdə olması ilə bağlı Əliyev Alxas Surxay oğlu,iş stajı ilə əlaqədar Payızov Murtuza Güləli oğlu.Qeyd edilmiş vətəndaşlarla söhbətlər aparılmış onlar tərəfimizdən dinlənilmişdir.Aidiyyatı üzrə Qızılavar bələdiyyəsi rayonda fəaliyyət göstərən İdarə,Müəssisələrlə,Elektirik şəbəkəsi,Qaz istismarı idarəsi,Əmək və Əhalinin Sosial Müdafiə mərkəzi,Masallı Rayon İcra Hakimiyyəti aparatı və digər təşkilatlarla əlaqə saxlanılmış vətəndaşların müraciətlərinin müsbət həllinə nail olunmuşdur.
Bundan sonra da Qızılavar kənd inzibati ərazi nümayəndəliyi vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşaraq onların həllini diqqət mərkəzində saxlayacaqdır.
Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Ailə Məcəlləsinə” əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparmışdır.
Nümayəndəlikdə 2015-ci ildə 55 doğum, 12 nigah, 22 ölüm faktlarının qeydiyyatı zamanı, bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində qeydiyyatların aparılmasında gecikmələrə yol verilmişdir. Nigah faktının qeydiyyatında isə hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqqları vaxtında ödənilmişdir. 2015-ci ildə 12 nigah faktının qeydiyyatı zamanı büdcəyə 60 manat rüsum köçürülmüşdür.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüquqi aktlara istinad olaraq təqdim edilmişdir.
Qızılavar kəndi rayonumuzun iqtisadi-sosial, mədəni sahədə inkişaf etmiş kəndlərindən biridir. Əhaliyə xidmət göstərən mədəniyyət evi, həkim məntəqəsi, elektron ATS, internet şəbəkəsi, poçtamt, 1 tam orta, 2 ümumitəhsil məktəbi, 19 mağaza və dükan, 8 avtomobillərin təmiri sexi, 3 plastik qapı-pəncərə sexi və digər müxtəlif müəssisələr fəaliyyət göstərir.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.62 ha torpaq sahəsində buğda,8 ha torpaq sahəsində isə arpa əkilmişdir. Cari ildən təsərrüfatlarda İri və xırda buynuzlu mal-qaranın sayı artmışdır. 1064 baş iri buynuzlu mal-qaranın, 569 baş-ı ana maldır. 946 baş qoyun mövcuddur ki, bu da əhalinin qoyunçuluğun inkişafına maraqlı olduğunu göstərir. Ərazidə son illər arıçılığın inkişafına da maraq artıb. Belə ki, 92 fərdi təsərrüfatda arı ailələri saxlanılır.
2015-ci il Qızılavar kəndi üçün uğurlu illərdən biridir. 2014-cü ildə olduğu kimi, cari ildə də bir çox müsbət işlər görülmüşdür. Məlumdur ki, Ərkivan-Boradigah-Rüdəkənar yolunun 2 kilometri ərazimizdən keçir. Qeyd etdiyimiz yolun kənarında 63 küçə işıqları vardır. Bu il küçə işıqlarının kabelləri yenilənmişdir,çalışacağıq ki,qısa müddətdə küçə işıqlarının yanmasını təmin edək. Qızılavar kənd qəbirstanlığında təmir-tikinti işləri görülmüşdür. Ərkivan-Boradigah-Rüdəkənar şosse yolunun ərazimizdən keçən hissəsinin ara yollarının ətrafı kol-koslardan və zibilliklərdən təmizlənmişdir və mütəmadi olaraq təmizliyə riayət olunur. Ərazidə müxtəlif növ ağaclar əkilmişdir. 1941-1945-ci illər BVM-də həlak olanların şərəfinə ucadılmış abidə ərazisində təmizlik işləri aparılmış və əhənglənmişdir. “Ağsaqqallar mərkəzi” istifadəyə verilmişdir. Elektrik naqillərinə mane olan 950 metr ərazidə ağaclar budanıb təmizlənmişdir. Ərazidə hamam tikilərək istifadəyə verilmişdir,450metr su aparıcı xətt qazılaraq təmizlənmişdir,260 metr kənd ara yoluna çınqıl döşənmişdir. Ərazidə kəndlər arası mini futbol turniri keçirilmişdir. İl ərzində bayram münasibəti ilə 1 qrup imkansız kənd sakinlərinə yardım edilmişdir.
Əhali həmişə elektrik və rabitə dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciətlər edir. Müəyyən işlər aparılmasına baxmayaraq bu iş günü tələbləri səviyyəsində deyildir. Əlaqədar təşkilatlarla işimizi daha da canlandırmalıyıq.
Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyyəsinə diqqətlə yanaşır. Bildiyiniz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Kəndimizdəki 1 tam orta və 2 ümumi orta məktəbində 481 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyyəsi ilə 66 müəllim məşğul olur. Məktəbi keçən il bitirmiş 5 məzun ali və 3 məzun isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Rayonda yüksək balla ali məktəblərə daxil olanlar arasında bizim məktəbin məzunları da vardır. Əldə edilmiş uğurlarla arxayınlaşmaq olmaz. Məktəblərdə təhsilin səviyyəsi artırılmalı, pedaqoji və texniki işçilər arasında əmək intizamı möhkəmləndirilməli, şagirdlərin dərsə davamiyyətinə nəzarət gücləndirilməlidir. Məktəblərdə həqiqi hərbivətənpərvərlik tərbiyyəsi sahəsində yeni-yeni forma və metodlardan istifadə edilməlidir.
Dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində Milli Ordumuzun müstəsna rolu vardır. Ərazi nümayəndəliyinin mühüm işlərindən biri də gənclərin Milli Orduya hazırlanıb yola salınmasıdır. Cari ildə bu sahədə müəyyən nailiyyətlər əldə edilmişdir. Hal-hazırda 17 gəncimiz Milli Orduda öz müqəddəs borcunu şərəflə yerinə yetirir. Diqqətinizə çatdırım ki, Qarabağ uğrunda döyüşlərdə 2 gəncimiz şəhid və 3 gəncimiz isə əlil olmuşdur. Fəxrimiz olan bu şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Bundan sonra da onlara diqqətlə yanaşılacaqdır. Əhalinin asudə vaxtlarının səmərəli təşkil edilməsi ərazi nümayəndəliyinin gündəlik işlərindən biridir.
Bu məqsədlə ərazidə hər il may ayında mini futbol turnirinin keçirilməsi ənənə halını almışdır. Hazırda ərazidə yeni istirahət mərkəzi tikilmişdir, burada inşa olunan tikililər kənd sakinlərinə xidmət göstərəcəkdir.
2016-cı ildən qarşımızda çox mühüm vəzifələr durur. Qızılavar ərazisində fəaliyyət göstərən məktəblərdən, mədəniyyət evində tikiti və əsaslı təmirə ehtiyacı vardır. Bəzi kənd ara yolları təmir olunmalı, elektrik və telefon dirəkləri dəyişdirilməlidir. Dəlləkoba kənd ümumi orta məktəbin tikintisi cari tədris ilində başa çatacaq və şagirdlərin istifadəsinə veriləcəkdir, Qızılavar kənd tibb məntəqəsinin maddi-texniki bazası möhkəmləndirilməlidir.
Qızılavar İnzibati Ərazisinin vətəndaşları həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətliliklərini nümayış etdirmişdir.
2015-ci ildə keçirilmiş Azərbaycan Respublikası Parlamentinə seçkilərdə kənd sakinləri özlərinin layiqli namizədinə səs vermiş, özlərinin dövlətə sədaqətini bir daha sübut etmişdirlər.
İcazə verin Sizi əmin edim ki, Qızılavar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da verilən sərəncam və tapşırıqları yerinə yetirmək üçün var qüvvəsi ilə çalışacaqdır.

Keçidlər